Nazpərinin bacısına ziyan vuran 10 VV 200 nömrəli ''Ferrari'' kimindir? - FOTO

Nazpərinin bacısına ziyan vuran 10 VV 200 nömrəli ''Ferrari'' kimindir? - FOTO
Загрузка...

Bir neçə gün öncə Bakıda qəza törədib qaçan ‘‘Ferrari’’ markalı avtomobilin xanım sürücüsü hələ də gizli saxlanılır. Həmin sürücü ‘’Ferrari’’ ilə müğənni Nazpəri Dostəliyevanın bacısı Zeynəb Dostəliyevanın yol kənarında saxladığı maşınına çırpılıb, sonra isə maşının nömrəsini çıxararaq ərazidən uzaqlaşmışdı.  Criminal.az ‘‘Ferrari’’nin sükanı arxasında olan şəxsin kimliyini öyrənə bilməsə də, qəza törədən avtomobilin dövlət nömrə nişanını öyrənib - 10 VV 200

Qəza zamanı ‘Ferrari’’nin üzərində olan  10 VV 200 nömrəsi Bakıda bir neçə bahalı maşınlara da vurulub. Criminal.az-ın əldə etdiyi məlumata görə, həmin dövlət nömrə nişanı olan maşınlar “Şərurlu İsfəndiyar” kimi tanınan tikinti maqnatı İsfındiyar Axundovun nəvələrinə məxsusdur. 

Onun oğlu Allahverdi Axundov da biri bir neçə ay əvvəl 10 LN 200 dövlət nömrə nişanlı “Lamborghini ilə gündəmə gəlmişdi. Hətta İ.Axundov oğlu haqda yayılmış məlumatlaraq qəribə reaksiya da vermişdi: “Hə, nə olsun? Mənim vertolyotum da var. Bunun kimə nə aidiyyəti var? Həmin maşın oğlumundur. Mənim oğlum neyləyib? Şəhərdə vertolyot sürməyib ki… Maşın sürüb də. Başqa nə iş görüb?”. Maraqlısı odur ki, qəza törədən ‘’Ferrari’’nin sükanı arxasında olan xanım sürücünün kim olmasını polisdən də dəqiqləşdirmək mümkün olmadı. Görünür, yol polisi dövlət nömrə nişanlarını qanunsuz olaraq bir neçə avtomobilə bağlayan şəxslərin ifşa olunmasında maraqlı deyil. 

Criminal.az

NazpərininNazpərininNazpərininNazpərininNazpərininNazpərininNazpərininNazpərinin
Загрузка...
Загрузка...

Xəbər lenti