Özünü yandıran polisin qohumlarından Əli Həsənovun rəis qaynı ilə bağlı SENSASİON İTTİHAM Özünü yandıran polisin qohumlarından Əli Həsənovun rəis qaynı ilə bağlı SENSASİON İTTİHAM

Özünü yandıran polisin qohumlarından Əli Həsənovun rəis qaynı ilə bağlı SENSASİON İTTİHAM
Загрузка...
 Ötən gün axşam saatlarında Salyan rayon polis şöbəsinin həyətində polis nəfəri Miri Bəxtiyar oğlu Fətiyevin özünü yandırması cəhdi ilə bağlı bəzi səbəblər məlum olub. Qohumları Demokrat.az-a bildirib ki, Miri Fətiyevin özünü yandırmağa cəhd etməsinin əsas səbəbi verdiyi 3 min manat vəsaiti ala bilməməsi ilə bağlı olub. Qohumları deyib ki, Salyan rayon polis şöbəsinin rəisi Cəbrayıl Vəliyev bütün polis işçilərinə rayonda ticarətlə məşğul olan şəxslərdən pul almağı tapşırıb:
"Miri Fətiyev gedib rəisindən verdiyi 3 min manatı istəyəndə Cəbrayıl Vəliyev deyirmiş ki, gedin yolun kənarında alver edənlərdən pul alın. 33 yaşlı Miri Fətiyev isə deyib ki, mənim buna vicdanım yol vermir, mən bunu edə bilmərəm. Miri əvvəlcədən şöbədə hamıya intihar edəcəyini deyib. Hətta, o özünü yandıranda qışqıraraq "Cəbrayıl Vəliyev, mənim balalarım 6 aydır ki, ac yatır, eşidirsən?" deyə danışıb. O, özünü yandırmaq istəyən zaman atası da yanında olub". 

Qohumları iddia edir ki, Cəbrayıl Vəliyev Miri Fətiyevdən və digər 2 polis nəfərindən 3-5 min manat məbləğində pul alıbmış: "Həmin şəxslər də məcbur olub banklardan kredit götürərək, pulları rəisə çatdırıblar. Amma sonradan krediti həmin şəxslər ödəyə bilməyiblər. Nəticədə bu hadisə baş verib...".
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Report"a bildirib ki, Miri Fətiyevin özünü yandırmaq cəhdinin qarşısı iş yoldaşları tərəfindən alınıb:
"Əməkdaş özünü yandırmağa cəhd edib. Əllərindən yüngül xəsarətləri alıb. Hazırda Daxili İşlər Nazirliyinin Hospitalında müalicə alır. Vəziyyəti qənaətbəxşdir. Daxili İşlər Nazirliyinin aidiyyəti qurumu tərəfindən xidməti yoxlama aparılır. Yoxlamanın nəticəsində əməkdaşın hansı səbəbdən özünü yandırmağa cəhd etməsinin səbəbi məlum olacaq".
Qeyd edək ki, Salyan rayon polis şöbəsinin rəisi Cəbrayıl Vəliyev Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın qardaşıdır.
Загрузка...
Загрузка...

Xəbər lenti