Özünü maşından atdığı deyilən gizir vəfat etdi Özünü maşından atdığı deyilən gizir vəfat etdi

Özünü maşından atdığı deyilən gizir vəfat etdi
Dövlət Sərhəd Xidmətinin 29 yaşlı giziri Həsən Hikmət oğlu Məmmədov vəfat edib. İyulun 15-də ağır kəllə-beyin travması diaqnozu ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilən gizirin həyatını xilas etmək mümkün olmayıb. Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, iyulun 18-də onun ürəyi dayanıb.
Yaxınları isə demişdi ki, ailəsinə Həsən Məmmədovun "qubbağ"a (hauptvaxt) aparılarkən özünü maşından atdığı xəbərini veriblər. Gizirin atası Hikmət Məmmədov isə deyilənlərlə razılaşmır. O, deyib ki, oğlum könüllü iş üçün müraciət edib, 7 ay fəaliyyət göstərəndən sonra işdən azad olunmaq istəyib, lakin buna razılıq verilməyib.

Xəbər lenti