Özü koronavirus xəstəsi idi, minlərlə insanı da yoluxdurdu

Özü koronavirus xəstəsi idi, minlərlə insanı da yoluxdurdu
Загрузка...
 Dünyada geniş vüsət alan koronavirusa yoluxan israilli gəncin ölkədə minlərlə insanı da sözügedən epidemiyaya yoluxdurduğu ehtimal olunur. "Qafqazinfo”nun məlumatına görə, söhbət İsrail Səhiyyə Nazirliyinin rəsmi saytında yerləşdirilən 324 xəstə arasındakı 247 nömrəli pasientdən gedir.
Bildirilir ki, 22 yaşı olan şəxs virus daşıdığı halda, 4- 12 mart tarixlərində Təl-Əviv küçələrində dolaşıb.
O, xəstəliyin inkubasiya dövründə daha çox avtobusla hərəkət edib, hava limanında, ticarət mərkəzində olub. Nazirlik sosial şəbəkələrdə "7/24” ləqəbi qoyulan gəncin gəzdiyi hər yerin saatlarını açıqlayıb ki, həmin vaxt orda olan insanlar gəlib test versinlər.

Xəbər lenti