Zəngilanda düşmənin diversiya-kəşfiyyat qrupu tamamilə məhv edildi

Zəngilanda düşmənin diversiya-kəşfiyyat qrupu tamamilə məhv edildi
Azərbaycan ordusu düşmənin Zəngilan rayonunun işğaldan azad edilmiş ərazilərinə Ermənistan ərazisindən daxil olan kəşfiyyat-diversiya qrupunu pusquya salaraq tamamilə məhv edib. Virtualaz.org xəbər verir ki, xüsusi təyinatlılardan ibarət olan və yaxşı silahlanmış qrup dünən Zəngilan rayonunun ordumuzun nəzarətində olan ərazilərinə daxil olaraq zərbə vurmağa cəhd edib.
Lakin qrupu vaxtında aşkarlayan igidlərimiz onları yaxın məsafəyə buraxaraq kolluq ərazidə tamamilə məhv edib, nəticədə döyüş meydanında onlarla düşmən cəsədi qalıb.

Xəbər lenti