Zelenskidən azərbaycanlı generalla bağlı sərəncam

Zelenskidən azərbaycanlı generalla bağlı sərəncam
Загрузка...
Ukrayna Prezidenti Vladimir Zelenski bir sıra şəxslərə orden və medalların verilməsi haqqında sərəncam imzalayıb. "Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, mükafatlandırılanlar arasında Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin müavini, Gömrük Xidmətinin general-mayoru İqbal Babayev də var. Ukrayna Prezidentinin sərəncamı ilə İ.Babayev "Əmək və şücaətə görə” medalı ilə təltif edilib.
Qeyd edək ki, İ.Babayev 1981-1986-cı illərdə Kiyev Milli İnşaat və Memarlıq Universitetində (KNUBA) oxuyub. 1986-1987-ci illərdə isə həmin universitetin istehsal proseslərinin avtomatlaşdırılması kafedrasında müəllim işləyib. 1987-1991-ci illərdə KNUBA-nın aspiranturasına qəbul olub və müəllimlik fəaliyyətini davam etdirib. 1989-cu ildə əldə olunan nəticələrin və elmi işlərin səmərəliliyinə görə "Ən yaxşı ixtiraçı” adına layiq görülüb.

Xəbər lenti