Zaqatalada məktəbin xaraba tualeti aranı qatıb Zaqatalada məktəbin xaraba tualeti aranı qatıb

Zaqatalada məktəbin xaraba tualeti aranı qatıb
Загрузка...
Şagirdlərin təbii ehtiyaclarını ödəməyə yer yoxdur.
Azərbaycanda təhsil sahəsinə dövlət büdcəsindən hər il milyonlarla vəsait ayrılır. Ucqar rayonlardakı orta məktəblərdə isə vəziyyət heç də ürəkaçan deyil. Sosial şəbəkələrdə Zaqatala rayonu 1 saylı orta məktəblə bağlı hər kəsi diqqətə gətirən fotolar yayılıb. Fotolarda həmin məktəbin ayaqyolusunu vəziyyət açıq-aydın görünür. Məktəblilər hər gün yay-qış həmin qapısı-tavanı olmayan ayaqyoludan istifadə edir. 
Sosial şəbəkədə məkəbdəki bərbda vəziyyətə müxtəlif reaksiyalar olub. Sosial şəbəkə istifadəçilərinin bəzisi "Ayıb olsun məktəb direktoruna Hələ də o gündədi?" deyərək təhsil ocağının rəhbərliyini qınayıb. Başqa bir istifadəçi isə "30 il öncə də belə idi" yazıb. başqa bir istifadəçi isə "Təxribatdır. Bu köhne tualetdir. Məktəbin içinde super tualetler var" yazıb. 
Məsələ ilə bağlı məktəbin rəhbərliyi ilə danışmaq cəhdlərimiz baş tutumadı. 



Загрузка...
Загрузка...

Xəbər lenti