Zaqatala sakini: Gözüm görə-görə balamın ölməyinə göz yuma bilmərəm

27 Yanvar 2020, 18:40
27 Yanvar
2020
18:40
1327
"Artıq on gündür uşaq burada müalicə olunur, sağalmaq əvəzinə səhhəti daha da pisləşir”
"Yay idi, həyətdə oturmuşduq, qəfil qızımın halı pisləşdi, dodaqları göyərdi. Çox qorxduq, uşağı təcili Zaqatala Rayon Mərkəzi Xəstəxanasına apardıq. Orada həkim müayinə etdikdən sonra dedi ki, vəziyyəti ağırdır, təcili Bakıya aparın, orada analiz verin. Aylini Bakıya gətirdik, analizlərin cavabı çıxdı, məlum oldu ki, uşaq leykoz – qan xərçəngi xəstəsidir”.
Zaqatalanın Qandax kənd sakini Rail Həsənov Meydan TV-yə danışır.
Dediyinə görə, həkimlər uşağa xərçəng diaqnozunu 2018-ci ilin avqustunda qoyublar:
"Daha sonra Hematologiya və Qanköçürmə Elmi Tədqiqat İnstitutunda analizlər, müayinə və müalicələr başlandı. İki aya yaxın xəstəxanada yatdı, sonra evə yazdılar. Artıq ilyarımdır ki, müalicəsi aparılır. Həkimlərin dediyinə görə, müalicə bundan sonra ilyarım da davam etməlidir. Qan xərçəngi olduğu üçün ayda bir dəfə kimyaterapiya keçir. Zaqatalada isə iynələri vurulur. Həkimlər söyləyir ki, biz bacardığımız köməkliyi göstəririk, ümid Allahadır”.
Atası deyir ki, xəstəliyindən dolayı Aylin çox zəifləyib. Yeməkdən demək olar ki, imtina edib, tez-tez soyuqdəymə və infeksion xəstəliklərə yoluxur:
"Bu il yanvarın 7-də uşağı gətirdik, kimyaterapiya müalicəsini aldı, səhəri gün Zaqatalaya qayıtdıq. Bir neçə gündən sonra qızın vəziyyəti ağırlaşdı, yanvarın 13-də təkrar Qanköçürmə İnstitutuna gətirdik. Həkimlər baxdı, dedilər ki, uşaq meningit (baş beyin və onurğa beyni qişalarının iltihabi xəstəliyi-red) olub. Aylini 2 saylı Uşaq Xəstəxanasının yolxucu xəstəliklər korpusuna köçürdülər. Artıq on gündür uşaq burada müalicə olunur, sağalmaq əvəzinə səhhəti daha da pisləşir. Bir-iki gün bundan əvvələ qədər heç olmasa nəsə yeyirdi, indi yeməkdən də kəsilib”.

Aylin Həsənova
Ailə olan-qalan nəyi varsa satıb balaca Aylinin müalicəsinə sərf edib. Pulları qurtardıqda isə böyük məbləğdə borca pul götürüb:
"Burada iş yoxdur, məcburam Rusiyaya gedim. Ora mayda gedirəm, sentyabrda Azərbaycana geri qayıdıram. Rusiyada tikintidə fəhlə işləyirəm. Orada qazandığım pulları Aylinin müalicə xərclərini ödəmək üçün sərf etdim. Pulumuz qurtaranda 15 baş inəyimizi, 50 başa yaxın qoyunumuzu satdıq. Yaxın adamlar, dost-tanışlar da bizə dəstək oldular, çox sağ olsunlar. Bir ay öncə məcbur qalıb maşınımı satdım. İndi Zaqatalada 10-15 manata fəhlə işləyirəm. O pulla necə dolanmaq olar? Evə gedəndə, dolanışıq bir yana, uşağın bir dərmanını ala bilmirəm. Yalandan başımı aldadıram ki, işləyirəm. Bir il yarım ərzində Aylinin müalicəsinə ümumilikdə 40 min manata yaxın pul xərcləmişəm, artıq tükənmişik, bircə canımız qalıb. Gözüm görə-görə balamın ölməyinə göz yuma bilmərəm”.
Şikayətçinin sözlərinə görə, Aylinin səhhəti ilə bağlı 2018-ci ildə Heydər Əliyev Fonduna yazdıqları məktuba müsbət cavab gəlib:

Tibbi kartadan çıxarış
"Bizə cavab gəldi ki, uşağın bütün müalicəsi Hematologiya və Qanköçürmə Elmi Tədqiqat İnstitutunda pulsuz həyata keçirilə bilər. Əvvəlcə sevindik, lakin orada pulsuz heç nə görmədik. Təsəvvür edin, hər ay xəstəxanaya gələndə, ən azı min manat pul xərclənir. Kənddə maraqlana bilərsiz, tanıyanlar desin, nəyim vardısa hamısını satmışam, uşağıma görə etmişəm. Bundan sonra satası daha heç nəyim qalmayıb. Beş-on min manatla həll olunmur. Elə olsaydı, dövlətdən heç nə istəməzdim. İş burasındadır ki, etdikləri müalicənin də effekti yoxdur. Mənə köməklik göstərsinlər, xəstəliyin çarəsini tapsınlar. İmkanım yoxdur deyə mənim balam ölməlidir? Biz də azərbaycanlıyıq, mənim də qızım istəyir ki, məktəbə getsin. Çantanı çiyninə asdı, yazıq uşaq iki dəfə məktəbə gedə bilmədi. Artıq əlimdən heç nə gəlmir. Ümidim ancaq Prezidentə, Mehriban Əliyevaya və xeyirxah insanlaradır, qızımın həyatını xilas etsinlər”.
Səhiyyə Nazirliyindən Meydan TV-yə bildirilib ki, Hematologiya və Qanköçürmə Elmi Tədqiqat İnstitutu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (TƏBİB) tabeliyindədir.
TƏBİB-dən isə Meydan TV-nin sualları cavablandırılmayıb.

Tibbi Sosial Ekspert Komissiyasına göndəriş
Xəbər lenti
-
20:04Qardaş bacısının 40 mərasimi günü özünü öldürdü
-
21:59MTN-də Rüstəm Usubovun həbsinə göstəriş verilibmiş... - ŞOK DETALLAR
-
21:13“Allahı söyənlərə cəza!” şüarına görə saxlanılanlardan daha birinə həbs qərarı
-
21:09Aclıq edən inanclı fəallar: “Taleh Bağırzadə tükənib, Abbas Hüseynov yıxılıb…”
-
21:06DTX Gömrük Komitəsində əməliyyat keçirdi - Vəzifəli şəxslər saxlanıldı
-
21:51Sahib Ələkbərov Mövlam Şıxəliyevi ifşa etdi
-
21:28“Polis dedi ki, siz gedin rəis müavinini “görün”, əlindəki biabırçı görüntüləri yaymasın”
-
21:23Aytən Məmmədova yenə Bakı Şəhər Baş Polis İdarəsində dəvət edilib
-
23:12Namik Bakinskiy “proqon” yaydı, 11 nəfəri “samozvanets” elan elədi
-
02:50Vilayət Eyvazov Şeyxin bacısı oğlunu rəis təyin etdi
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
29 İyul 2022
20 İyun 2022
15 İyun 2022
12 İyun 2022
27 May 2022
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022