Zamirə Hacıyevaya yuxarı dairələr də kömək edə bilməyəcək - Məşhur vəkildən şərh

Zamirə Hacıyevaya yuxarı dairələr də kömək edə bilməyəcək - Məşhur vəkildən şərh
Загрузка...

Məşhur rusiyalı vəkil Anton İmennov "Exo Moskvı” radiostansiyasının saytındakı bloqunda Böyük Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində həbs edilən, daha sonra isə ev dustaqlığına buraxılan, keçmiş bankir Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın tutulmasını şərh edib. 

"Qafqazinfo” xəbər verir ki, vəkil  Hacıyevanın həbsinin labüd olduğunu qeyd edərək əsasən aşağıdakı məsələlərə toxunub: 

"Zamirə Hacıyeva 2006-cı ildən başlayaraq 16 milyon funt sterlinqdən çox iri məbləğli alış-veriş etməsi xəbərlərinin onun "qara kartı”na yazıldığını, Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin nəzarətində olduğunu təsəvvür etmirdi. İdarəyə daxil olmuş sənədlərdə isə idarə zabiti tərəfindən bu məlumatlar əks olunmuşdu: 

1. Hacıyeva Azərbaycandan olan nüfuzlu siyasi xadimin həyat yoldaşıdır. 

2. Hacıyeva 35 kredit kartından istifadə edib və onun banka xeyli borcu yaranıb. 

3. Hacıyeva "Harrods” mağazalarının kart sahibləri üçün güzəşt proqramı çərçivəsində kart məlumatlarından istifadə edib.

4. Hacıyevanın əri 2001-2015-ci illərdə bank rəhbəri vəzifəsini tutub. Daha sonra istefa verib və 2015-ci ilin 5 dekabrında həbs edilib. 2016-cı ilin oktyabrında isə vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və dələduzluq maddəsi ilə həbsə məhkum edilib. Üstəlik o, bankın xeyrinə 39 milyon ABŞ dolları məbləğində cərimələnib. 

5. Hacıyeva bankın fəaliyyəti ilə əlaqədar 2016-cı ilin iyununda qiyabi həbs edilib və axtarışa verilib. 

6. Onun elan edilmiş gəlirləri prestijli Naytsbricdə ev, Askotda qolf-klub alması, biznes-jetlərin kirayəsi, "Boucheron” və "Van Cleef Arpels” kimi bahalı zinət əşyalarının, saat və fransız kolleksiyalarından olan şərabların alışı ilə müqayisəyə belə gəlməz. 

Anton İmennov

Daha sonra İdarə zabiti sənədi rəsmiləşdirərək 2002-ci ildə qəbul edilmiş gəlir haqqında qanunun 362 A maddəsi üzrə mənşəyi bilinməyən əmlaka verilməsi üçün nəzərdə tutulan "Order”lə bağlı inzibati işlər üzrə ingilis məhkəməsinə ərizə yazır. Yarım il keçir və məhkəmə ilk dəfə bu cür ərizəni təmin edir. 

2017-ci ilin sonunda "İzahedilməz Sərvət Sərəncamı” ("Unexplained Wealth Order”) adlı vasitə peyda oldu. Çox az adam inanırdı ki, Kraliçanın istintaq orqanları bu və ya digər şəxsə sahib olduğu əmlakı hansı yolla əldə etməsi barədə məlumat verməyə məcbur edə bilsin”. 

İmmenov, həmçinin, qeyd edir ki, sonradan iş Supperstoun soyadlı ingilis hakimin nəzarətinə keçir və o, 2009-cu ildə cavabdehə heç bir xəbərdarlıq etmədən Britaniyanın Vircin adalarında qeydiyyatdan keçmiş və Hacıyevanın ərinə benefisiar mülkiyyət qismində məxsus olmuş şirkətin aldığı daşınmaz əmlakla bağlı "Order” verir. 

"Hacıyeva hüquqi hücuma keçərək məşhur  Ceyms Lyuisi və onun həmkarı Ben Uotsonu özünə vəkil tutur və "Order”in ləğvi üçün vəsatət qaldırır. Hacıyeva "Order”dəki məlumatların təhrif olunduğunu əsas gətirsə də, məhkəmə onun vəsatətini təmin etmir.

O ki qaldı, mövcud institutun effektivliyinə, faktiki olaraq, gözlərimiz önündə hüquqi inqilab və günahsızlıq prezumpsiyasının transformasiyası baş verir. Böyük Britaniyada əmlakı olan, ancaq yeni riskləri nəzərə almadan onu qeydiyyatdan keçirmiş hər hansı bank rəhbəri həmin əmlakla vidalaşmağa mənəvi cəhətdən hazır olmalıdır. 

MDB ölkələrinin hakim elitasına məxsus olmaq isə qabaqcadan ağırlaşdırılmış hal kimi nəzərdən keçirilir. Britaniyanın yuxarı dairələri ilə hər hansı əlaqə də kömək etməyəcək”.

Загрузка...
Загрузка...

Xəbər lenti