"Akif Çovdarovun dəstəsinin ilk işi Elmar Hüseynovun qətli oldu"

Загрузка...
Sabiq təhlükəsizlik zabiti, "Şərq Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu "twitter" hesabında Daxili İşlər Nazirliyinin keçmiş əməkdaşı, səs-küylü qətllər və adam oğurluğu cinayətləri törətmiş Hacı Məmmədov və ona qarşı keçirilmiş "Qara kəmər" əməliyyatı barədə sensasion post paylaşıb.
 
 Ərəstun Oruclu
Keçmiş MTN-çi yazır ki, H.Məmmədova qarşı keçirilən "Qara kəmər" şousu belə olmuşdu:
"Eldar Mahmudov özü gəlib onunla yarım saat söhbət edəndən sonra MTN xüsusi təyinatlıları evə daxil olub onu götürmüşdü. Qalanları tamaşa idi. H. Məmmədov yalnız yuxarıdan verilən sifarişləri yerinə yetirən icraçı idi və onun bandası ləğv edildikdən sonra bu işi A.Çovdarovun dəstəsi üzərinə götürdü. İlk işi də Elmar Hüseynovun qətli oldu. Bu qətlə sərt reaksiya olmasaydı, daha 4 nəfər öləcəkdi. Hacı Məmmədov yeganə məhbus idi ki, barəsindəki hökm bütün məhkəmə instansiyaları tərəfindən təsdiqlənsə də faktiki olaraq, ölənədək (10 il) MTN-nin istintaq təcridxanasında saxlanıldı. Eldar Mahmudov işdən çıxarılandan sonra isə müalicə müəssisəsinə köçürüldü və orda da "öldü". Eldar Mahmudov heç vaxt tutulmayacaq, çünki tapşırıqlar Akif Çovdarova onun vasitəsilə ötürülüb, Çovdarov isə məntiqlə Hacı Məmmədovun yanına yollanmalıdır. Yəqin ki, bu, yaxın zamanlarda baş verəcək və bununla da məsələ müvəqqəti bağlanacaq. Növbəti hakimiyyətdaxili davayadək...".
Загрузка...
Загрузка...

Xəbər lenti