Zakir Qaralovun keçmiş köməkçisinin qardaşı oğlu həbsxanadan iş adamını hədələdi: "Səni bitirmədən..." Zakir Qaralovun keçmiş köməkçisinin qardaşı oğlu həbsxanadan iş adamını hədələdi: Zakir Qaralovun keçmiş köməkçisinin qardaşı oğlu həbsxanadan iş adamını hədələdi:

Zakir Qaralovun keçmiş köməkçisinin qardaşı oğlu həbsxanadan iş adamını hədələdi:
Загрузка...
Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamı dövlət məmuru ilə işbirliyinin qurbanı olub. Təxminən 10 ildir Azərbaycanda yaşayan Nəcati Ələmana Criminal.az saytına bildirib ki, 2017-ci ilin iyun ayında Xətai Rayon İcra Şöbəsinin icra məmuru Fərid Arif oğlu Cəlilov və onun köçəkçisi Ceyhun Qənbərovla tanış olub. Onlar hərraca çıxarılan maşınları sataraq gəlir əldə ediblər. Daha sonra isə N.Ələman aldadıldığını bilib, ümumilikdə 125 min manat ziyana düşüb.
İş adamının sözlərinə görə, Daxili İşlər Nazirliyinin Baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edib, dövlət qulluqçusu olduğundan materiallar Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsinə göndərilib. Bundan sonra Fərid Cəlilov ədliyyə sistemindən xaric edildi.

Nəcati Ələmana
İş adamı qeyd edib ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işinin istintaqı yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. F.Cəlilov tutularaq istintaqa cəlb olunub. C.Qəmbərov isə bu il aprelin 18-də Qusar sərhəd-keçid-məntəqəsindən keçib ölkəni tərk edərkən yaxalanıb. Polis tərəfindən Bakıya gətirilərkən polisləri aldaraq qaçıb.  

Fərid Cəlilov
"Ceyhun Qəmbərovun azadlıqda olması həyatım üçün təhlükədir. Fərid məhkəmədə də məni hədələdi. Sifariş də göndərib ki, Ceyhun səni bitirmədən təslim olmayacaq. Bundan başqa onlar mənə dəymiş ziyanı ödəmir və bununla bağlı qərara gəlmir. Hazırda həbsdə olan Fərid Cəlilov mənə qarşı dələduzluğu Ceyhunla törətdiyini etiraf edib. Bu istintaqa da məlumdur. 125 min manat pulumu mənimsəyiblər".  

N.Ələmana deyir ki, F.Cəlilovun əmisi həqiqətən də Baş Prokurorluqda yüksək nüfuza malik olub: "Onun əmisi Yusif Cəlili Baş Prokuror Zakir Qaralovun köməkçisi işləyib. 2011-ci ildə isə Xaçmaz rayonuna prokuror təyin olunub. Fərid bir dəfə yanımda əmisinə zəng etdi. Əmisi onun Xətai rayon Polis İdarəsində ciddi işini həll etdi. Fərid doğurdan da əmisinə güvənirdi, əgər belə olmasaydı o qədər maşını hərrac yolu ilə sata bilməzdi”. F.Cəlilov Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 308.2-ci maddələri ilə ittiham olunur. 

Bir müddət əvvəl N.Ələman Criminal.az saytına açıqlamasında bildirmişdi ki, icra məmuru borclu insanların avtomobillərinin hərrac yolu ilə alqı-satqısı işini təklif edib: "Gəlirin yüksək olacağını düşündüyümdən razılaşdım. Bu işdə 3 nəfər olduq. Bu işdə mən ancaq pulu ödəyəcəydim, gəlirin 30 faizinə şərik olacaqdım. Beləcə, işbirliyimiz başladı, Fərid bir neçə avtomobili hərrac yolu ilə çıxararaq satdı. Bundan sonra Fərid Cəlilovla normal qazanclarımız oldu, mənə müəyyən məbləğdə pullar da verildi. Hətta güvənimi qazanmaq üçün bahalı Porsche Panamera markalı avtomobili gətirib həyətimə qoydu. Həmin vaxt işə 125 min məbləğində pul xərcləmişdim. Mənim həyətimdəki, eyni zamanda sürdüyüm avtomobilin də qiyməti 70 min manat dəyərində idi. Ona görə də güvənim artdı. İşimizin üçüncü ayın sonunda məlum oldu ki, Porsche-nin sənədi saxtadır. Bundan sonra onlarla yollarımı ayırdım. Hesablaşmamızın bitməsi üçün əlimizdə olan 7 bahalı avtomobilin mənə verilməsini istədim. Fərid Cəlilov və Cehyun Qənbərov müxtəlif bəhanələrlə zaman qazanmaq üçün məni davamlı təhdid etdilər. Fərid Cəlilov son dəfə dedi ki, əmim Baş proroluqda böyük vəzifədə çalışır. Heç kim mənə nəsə edə bilməz. Əgər belə gücüm olmasaydı, bu qədər hərracları uda bilməzdim. Mən bir az çəkindim”. 



Загрузка...
Загрузка...

Xəbər lenti