''Zakir Həsənov, xahiş edirəm xəstə oğlumun əvəzinə əsgərliyə məni göndərin'' ''Zakir Həsənov, xahiş edirəm  xəstə oğlumun əvəzinə əsgərliyə məni göndərin''

''Zakir Həsənov, xahiş edirəm  xəstə oğlumun əvəzinə əsgərliyə məni göndərin''
Загрузка...
''Səfərbərlik İdarəsi rəisi oğlumu Murovdağa göndərməyi planlaşdırır. Oğlum Şərif Kərimov həqiqətən onurğa xəstəliyindən çox əziyyət çəkir. Bir azca hava sərin olan kimi sağ əlinin barmaqlarının ucundan çiyinlərinə kimi əvvəlcə rəngi göyərir və ağrı verir. Sonra isə bu qolu tamamilə keyiyir, siniri tamamilə itir. Ona görə də evdə ona heç bir fiziki iş gördürə bilmirik. Gecələr isə bel ağrısından yata bilmir''. Bu fikirləri Criminal.az saytına Qobustan rayon sakini Nəriman Kərimov deyib.  
''Çox güman ki, Murovdağa göndərməyi planlaşdırır''

Onun sözlərinə görə, neçə vaxtdır Qobustan rayon Səfərbərlik İdarəsinin rəisi faktiki xəstə oğlum Kərimov Şərif Nəriman oğlunu nəyin bahasına olur olsun, "plan doldurmaq” naminə hərbi xidmətə göndərmək istəyir: ''3 iyun 2018-ci il tarixinə son bildirişi də ünvanımıza göndərib. Qoy olsun. Amma adamı bir az eşitmək də lazımdır axı. Oğlum uzun müddətdir ki, onurğa xəstəliyindən əziyyət çəkir. Fəqərə əyriliyi var. Respublika Xəstəxanasında Kəmalə həkim onu müayinə etdikdən sonra onurğa əyriliyi və onurğa xəstəliyi diaqnozu qoyub. Bildirib ki, oğlunuz "Hərbi xəstəliklər cədvəlinin 66-cı maddəsi üzrə belə xəstəliklə hərbi xidmətə yararsız hesab olunur. Doğrudan da Qanunvericiliyin 66-cı maddəsində qeyd olunur ki, onurğa əyriliyi və digər qazanılmış deformasiyar funksiyalar cüzi pozulduqda hərbi xidmətə çağrılan vətəndaş "C” qrafası üzrə dinc dövrdə hərbi xidmətə yararsız hesab olunur. Lakin qanun xəstə oğlumu dinc dövrdə hərbi xidmətə yarasız hesab etsə də, Qobustan rayon Səfərbərlik İdarəsi rəisi öz ağıl-kamal ıilə çağırışçı Şərif Kərimovu birbaşa xidmətə yararlı hesab edərək 3 iyul tarixində çox güman ki, Murovdağa göndərməyi planlaşdırır''.
N.Kərimov deyir ki, Səfərbərlik İdarəsinin rəisinə dəfələrlə xahiş etmişi Şərifə bir göndəriş yaz. Qoy Travmatalogiya İnstitunda komissiya yoxlayıb rəy versin ki, onu hərbi xidmətə göndərmək olar, ya olmaz. İmkan vermir və göndəriş verməyə razı olmur. 

''Hələ mənə kobud formada xəbərdarlıq etdi ki, sənin deyəsən birinci çağırışçı oğlunu müftə saxlatdığımıza görə dişinin dibində şirə qalıb. Ona görə istəyirsən ki, ikinci oğlunu da hərbidən saxladasan. Həqiqətən də kiçik oğlumun sağ qıçı tam yandığı üçün həkim komissiyası onu hərbi xidmətə yararsız yazmışdı. Mən də kasıb olduğum üçün "komissara” vaxtında "hörmət” edə bilmədim. Elə ona görə də kişinin oğlu kiçik oğlumun hərbi biletini illərdir ki, şkafında "əsir” saxlayır, verməyir. Bu adam başa düşmür ki, evdə 12 ildir ki, şəkərdən əziyyət çəkən həyat yoldaşımı pul-imkan dərdindən əlillik qrupu ala bilmirəm. İndi də böyük oğlumu müayinə və müalicə olunmadan hərbiyə göndərmək istəyir. Mən də deyirəm ki, bit ata olaraq mən də razıyam ki, gedib borcunu versin. Amma əvvəlcə sağaldın, sonra göndərin. Axı mənim pulum yoxdur ki, onu Bakıya, isti yeərdən birinə saldırım. Murovdağda 20-26 dərəcə şaxtaya onun nə onurğası, nə də sol qolu şaxtalara tab gətirən deyil. Belə olsa oğlum Şərifin cəbhədən sağ-salamat qayıtması mümkünsüz bir məsələdir. Madam ki, Qobustan Hərbi Səfərbərlik İdarə rəisi qəti qərara gəlib, iki ayağını bir başmağa dirəyibsə, mən də o zaman müdafiə naziri Zakir Həsənovdan xahiş edirəm ki, xəstə oğlum şərifin əvəzinə ordu sıralarına məni göndərsin. Qoy mənə nə istəyir olsun''.
''İndi hansı zəmanədir, Allaha şükür ki hər yerdə şəffaflıqdır''
N.Kərimov sonda xahiş edib ki, hərbi çağırışçı oğlu Ş.Kərimovun sağlamlıq durumunun hərbi həkim komissiyası tərəfindən yoxlanılmasına və müalicəsinə şərait yaradılsın: ''Son illər həm Bank of Baku” dan, həm də Beynəlxalq Bankdan ayrı ayrı 3200 və 1200AZN kredit götürüb bir ata kimi oğlumun müalicəsinə verdim. Xeyri olmadı. Ona görə xahişim budur ki, hərbi çağırışçı oğlum Kərimov Şərif Nəriman oğlunun sağlamlıq durumunun hərbi həkim komissiyası tərəfindən yoxlanılmasına və müalicəsinə şərait yaradılsın. Daha sonra Qobustan rayon Hərbi Səfərbərlik İdarə rəisinin qanunsuz əməllərinə qiymət verilsin''.  
Qobustan rayon Hərbi Səfərbərlik İdarə rəisinin Mehman adlı müavini Criminal.az saytına açıqlamasında bildirdi ki, Ş.Kərimov çağırışçılar arasındadır və hərbi xidmətə yararlıdır: ''Müayinə olunub, aktlar da var sənədlərinin içərisində. İndi hansı zəmanədir, Allaha şükür ki hər yerdə şəffaflıqdır. Deyir evdə 3 xəstəm var, axı bu uşağın əsgərliyə getməməyinə dədalət etmir''. 






Загрузка...
Загрузка...

Xəbər lenti

Digər xəbərlər