Zabit anası prezidentdən kömək istədi

Zabit anası prezidentdən kömək istədi
Загрузка...
"Bizə isə öz torpağımıza keçib mülkümüzdən istifadə etməyə imkan vermirlər"
Zabit anası başına gətirilən problemlərlə balı lkə başçısı İlham Əliyevə müraciət edib. Şəki sakini Aida Şirinova Criminal.az saytına da ünvanladığı müraciətdə Şəki İnzibati-İqtisad Məhkəməsinin qanuni qüvvəyə minmiş 26 sentyabr 2018-ci il tarixli, İş N-2-1(84)-727/2018 saylı qərarının icra olunmamasından şikayətlənir:
"1991-ci ildən adət-ənənəilə toy edərək Qəbələ rayonun Yeni Dizaxlı kəndinə gəlin köçərək Əliyev Ramiz Hilal oğlu ilə ailə həyatı qurdum. Nikahımız 2000-ci ildək davam etdi. Birgə yaşadığımız dövrdə bir övladımız olub. Həyat yoldaşımla ayrıldıqdan sonra mən oğlumla birlikdə Bakıda yaşamalı oldum. Qəbələ rayonunda ailəmlə birlikdə yaşadığımız müddətdə torpaq islahataı zamanı bizə də 0.50 ha torpaq sahəsi ( bundan 0.12 ha xüsusi mülkiyyət-həyətyanı sahə və 0.38 ha da çoxillik əkmələr üçün ) dövlət aktı əsasında verilib. Biz bu torpaqda əsasən fındıq bağı salıb istifadə edirdik. Lakin çox təəssüflər olsun ki, mənim oğlumla Bakıda yaşadığımdan və rayona az-az gəlib getməyimi görən qayınlarım Əliyev Mübariz Hilal oğlu digər qardaşı Əliyev İlqarla sövdələşərək bizim pay torpağımızı saxta sənədləşdirmələrlə zəbt edib qanunsuz ev tikiblər. Belə ki, Mübarizin qardaşı İlqar Dizaxlı kənd İcra nümayəndəsinin sədri vəzifəsində işləyən Təbrizin qaynı olduğu üçün bu saxta sənədləşmə işlərini də Dövlət Əmlak Komitəsi Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsinin səlahiyyətli şəxslərinin köməkliyi sayəsində verdikləri rüşvət hesabına sövdələşərək birlikdə əsassız olaraq həyata keçiriblər. Halbuki, qayınlarım İlqar da, Mübariz də hər ikisi Azərbaycanı 1987-ci ildən ailəsilə tərk edib bu günədək Rusiya Federasiyasında yaşayırlar və Rusiya vətəndaşıdırlar. Lakin buna baxmayaraq Mübariz bizim ailənin yaşadığı ata yurdu olan evi də gəlib öz adına sənədləşdirib mənimsəib".
A.Şirinova azır ki, onun mülkiyyətinə verilən torpaq sahəsindəki fındıq bağından Mübarizin ailəsi qanunsuz olaraq son 12-13 ildir istifadə edir: "Onlar bizə öz torpağımıza keçib mülkümüzdən istifadə etməyə imkan vermirlər. Ona görə də Şəki İnzibati-iqtisad Məhkəməsinə müraciət edərək DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı "JN seriyalı 146 A (kod 40606018) nömrəli bizim mülkiyyətimizdə olan torpağın saxtakarılqla Mübariz Əliyevin mülkiyyətinə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia tələbi irəli sürmüşük. Hakimi Rüfət Məcidov iddiamıza ədalətli yanaşaraq 26 sentyabr 2018-ci il tarixli, iş n-2-1(84)-727/2018 saylı çox düzgün və əsaslı qərar qərar qəbul edərək iddiamızı təmin edib. Qərardan cavabdeh tərəf apellyasiya şikayəti verməsə də, prosesə 3-cü şəxs kimi cəlb edilmiş Rusiya vətəndaşı Mübariz Əliyev rayondakı səlahiyyət sahibi olan qohum-əqrəbalarının köməkliyindən istifadə edərək Şəki İnzibati-İqtisad Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli Qərarının icra olunmasına süni maneçilik törətməyə çalışır. Halbuki, bu şəxsin DƏDRX-nin 9 saylı Ərazi İdarəsi səlahiyyətlilərilə gizli sövdələşməsi nəticəsində subyekt siyahısında bizm adımıza 146 nömrə ilə qeydə alınmış 0.50 ha torpaq sahəsinə qaynım Əliyev mübarizin adına saxta mülkiyyət sənədi hazırlanıb. Məhkəmə araşdırmasında da məlum olmuşdur ki, Əliyev Mübarizin adı subyektlər siyahısında 145 nömrə ilə qeydə alınıb və ona JN 145 nömrəli Dövlət Aktı ilə 0.81 ha torpaq sahəsi verilib. M.Əliyevə 145 nömrəilə qeydiyyata alınmasına baxmayaraq onun adına JN 146 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanıb ki, nəticədə mənə və oğluma məxsus 0.50 ha torpaq sahəsi qanususz olaraq Əliyev Mübarizin adına sənədləşdirilib.
Cənab Prezident!
Hazırda mənim oğlum Araz hərbi hissələrin birində zabit olaraq torpaqlarımızın qorunması üçün xidmət edir. Lakin onun şəxsi pay torpağını saxtakarlıqla ələ keçirməsini təsdiq edən saxta şəhadətnamənin ləğv olunması barədə qüvvəyə minmiş məhkəmə qərarı bu günə kimi icra edilməməsi təəssüf hissi doğurur. Sizdən çox xahiş edirik ki, bizim vəziyyətimizi nəzərə alaraq Şəki İnzibati-İqtisad Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli, İş N-2-1(84)-727/2018 saylı qərarının icra olunması və sənəd saxtakarlarının qanunazidd əməllərinə hüquqi qiymətin verilməsi üçün aidiyyatı orqanlara göstəriş verməyinizi xahiş edirəm. 
 

Загрузка...
Загрузка...

Xəbər lenti