Yunis Səfərovun istintaqı başa çatdı

Yunis Səfərovun istintaqı başa çatdı
Загрузка...
 Təqsirləndirilənlər arasında ölənlər də var Gəncənin sabiq icra başçısı Elmar Vəliyev və mühafizəçisi, polis əməkdaşı Qasım Aşpazova sui-qəsddə təqsirləndirilən Yunis Səfərovun işi üzrə ibtidai istintaq başa çatıb. Cinayət işinin materialları yaxın vaxtlarda Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək. Meydan TV-nin əldə etdiyi məlumata görə, sabiq icra başçısına qarşı sui-qəsdə görə Y.Səfərovdan başqa daha 11 nəfər də təqsirləndirilən şəxs qismində tanınıb:
Hamlet Ramiz oğlu Abdullayev, Mahir Əziz oğlu Əzizov, Akif İsmayıl oğlu Əliyev, Rasim Hafiz oğlu Mustafayev, Ceyhun Ələkbər oğlu Qurbanov, Firudin Etibar oğlu Zeynalov, Cəfər Mürsəl oğlu Zalov, Vüqar Vaqif oğlu Məmmədov, Ceyhun İsrayıl oğlu Salahov, Anar İslam oğlu Bağırov və Ağa Hüseyn oğlu Sərxani. Bu adlar arasında elələri var ki, təqsirləndirilən şəxslər sırasına daxil edilsələr də, özləri həyatda yoxdur. Məsələn, Anar Bağırov, Ağa Sərxani 2018-ci ilin yayında onların tutulması üçün keçirilən əməliyyat zamanı öldürülüblər. Ağa Sərxaninin xanımı Sevinc Sərxani həyat yoldaşının meyitinin bu günə qədər onlara verilmədiyini, bu məsələ ilə əlaqədar müxtəlif orqanlara şikayətlərinin nəticəsiz qaldığını, əksinə, özünün və övladının hədələndiyini bildirir.
Y.Səfərov və digər təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 33 maddəsilə ittiham irəli sürülüb. Bu maddələrdə qəsdən adam öldürməyə cəhd (29,120), quldurluq (181), terrorçuluq (214), terrorçuluğa açıq çağırışlar (214-2), terrorçuluq məqsədilə təlim keçmə (214-3), cinayətkar birlik (təşkilat) yaratma (218), qanunsuz silah-sursat saxlama (228), qanunsuz silah hazırlama (229), odlu silahı talama və ya hədə-qorxu ilə tələbetmə (232), satış məqsədilə külli mirdarda narkotik əldə etmə, saxlama (234.4.3), dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd (277), hakimiyyəti zorla ələ keçirmə və ya dövlətin konstitusion quruluşunu zorla ələ keçirmə (278), qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələr yatatma (279), dövlət əleyhinə yönələn açıq çağırışlar (281), Azərbaycanın hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak məqsədilə sabit qrup yaratma (283-1), hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə (315), Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə (318), rəsmi sənədləri qanunsuz hazırlama və ya saxtalaşdırma (320) kimi əməllərə görə cinayət məsuliyyəti nəzərdə tutulub. 2018-ci ilin iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib.
Hüquq-mühafizə orqanları bunu terror sayır və Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edir. Məhkəməsi başlamadığından Y.Səfərov bu iddialara münasibətini hələ ictimaiyyət üçün açıqlaya bilməyib.
Загрузка...
Загрузка...

Xəbər lenti