''Yunis Səfərovun anasına onun həbsxanada öldürülməsi barədə məlumatlar çatır''

''Yunis Səfərovun anasına onun həbsxanada öldürülməsi barədə məlumatlar çatır''
Загрузка...
 Emin Milli: ''Onun durumu haqqında hakimiyyət dərhal sübutlar təqdim etməlidir''
Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə qarşı iyulun 3-də sui-qəsddə günahlandırılaraq həbs edilən Yunis Səfərovun atası vəfat edib. 59 yaşlı Rafiq Səfərov ötən ilin dekabrın 22-də Moskvada ölüb. Bu barədə Yunis Səfərovun anası Leyla İsmayılova bildirib ki, Rafiq Səfərov son zamanlar hədsiz dərəcədə oğlunun həbsxanada durumu haqqında fikir edərək qəflətən insult və infarkt keçirib. Rafiq Hüseynov Moskvanın "Перепечинское кладбище” deyilən ərazisində basdırılıb. Rafiq Hüseynovun 40 günü Moskvada fevralın 4-də keçiriləcək. Bu barədə Meydan TV-nin sahibi Emin Milli Facebook səhifəsində məlumat paylaşıb.
Emin Millinin sözlərinə görə, Yunis Səfərovun anası çox narahatdır ki, oğlunu həbsxanada öldürüblər. Ona belə məlumatlar çatır: "Yunis Səfərovun durumu haqqında hakimiyyət dərhal sübutlar təqdim etməlidir. Bu ailənin hüquqlarını qorumaq hər bir azərbaycanlının vətəndaş borcudur. Yunis Səfərovun məhkəməsi açıq və ictimai şəkildə keçirilməlidir”.
Yunis Səfərovun hazırkı vəziyyəti haqda Meydan TV-ni məlumatlandıran Dövlət Təhlükəsizlik Xidmətindəki mənbə bildirib ki, Səfərov dekabrın əvvəlindən qurumun 8-ci kamerasından 31-ci kamerasına köçürülüb: "Vəziyyəti heç də yaxşı deyil. Ona ağır işgəncələr, xüsusilə tok işgəncəsi verilir. Bu, ona işgəncə verilməsi kameradan gələn qışqıqırıq səslərindən bilinir”.
İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Hadisədə əslən gəncəli olan Rusiya vətəndaşı Yunis Səfərov təqsirli bilinir.
Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanılaraq prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Onun həbsindən bir neçə gün sonra hüquq-müfadiəçiləri Yunus Səfərovun vəziyyətindən narahat olduqlarını bildiriblər.
Загрузка...
Загрузка...

Xəbər lenti