Yunanıstanın sabiq naziri həbs olundu

Yunanıstanın sabiq naziri həbs olundu
Загрузка...

Yunanıstanın keçmiş iqtisadiyyat və maliiyə naziri olan Yannos Papandoniou və həyat yoldaşı Stavrula Kuraku korrupsiya və "çirkli” pulların yuyulması ilə bağlı həbs olunub.

"Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, Papandoniou ailəsi İsveçrə bankından 2,8 milyon İsveçrə frankı "hədiyyə” və 2003-cü ildə 6 freqatın modernləşməsi üçün xarici şirkətlərdən rüşvət almaqda günahlandırılır.

2 gün davam edən sorğu nəticə və dünən gecə bitən məhkəmə prosesi nəticəsində onların əməlləri sübut olunmuş hesab edilib.

Yannos Papandoniou Afinadakı Koridalos, həyat yoldaşı isə Tivadakı Eleona həbsxanasına salınıblar.

Qeyd edək ki, Papandoniou 1994-2004-cü illərdə nazir postunda olub.

Загрузка...
Загрузка...

Xəbər lenti