Yol polisi sürücüdən rüşvət istəyir Yol polisi sürücüdən rüşvət istəyir

Yol polisi sürücüdən rüşvət istəyir
Загрузка...
Sosial şəbəkələrdə yol polisinin yük maşını sürücülərindən rüşvət istəməsi ilə bağlı video yayılıb. Oxu.az xəbər verir ki, videoda YPX əməkdaşı bir neçə dəfə "maşını 10 manatdır” deyərək, sürücüdən 30 manat istəyir. Sürücü ona 15 manat təklif etsə də, yol polisi əməkdaşı bununla razılaşmayıb. Polis bildirib ki, pulu verməyəcəyi təqdirdə yük maşını tərəziyə çıxanda əlavə yük boşaldılacaq. Videonun Masallıda yerləşən yeni DYP postunda çəkildiyi, rüşvət alan polisin isə Vüqar Mehdiyev olduğu qeyd edilib.
***
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu hadisə ilə bağlı xidməti yoxlamalara başlanılıb: "Yoxlamaların nəticəsinə uyğun olaraq qərar veriləcək”.
Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü Rüfət Quliyev də qeyd edib ki, müvafiq qurum tərəfindən videogörüntüyə baxış keçirilib: "Hazırda araşdırma aparılır, yekunda məsələyə hüquqi qiymət veriləcək”.
Загрузка...
Загрузка...

Xəbər lenti