Yol polisi inək qəzasına gedərkən atla toqquşub

Yol polisi inək qəzasına gedərkən atla toqquşub
Загрузка...
Bir neçə gün əvvəl Beyləqan yol polisinin əməkdaşları qəza törədiblər. Criminal.az saytının əldə etdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl Daşburun-Bəhramtəpə yolunda, "Beyləqan bulağı" adlanan ərazidə baş verib. 
iddialara görə, yol polisinin 99 YP 636 dövlət nömrə nişanlı "BMW" markalı avtomobili sürücünü təqib edib. Bu zaman yol polisinin avtomobili atla toqquşub. Zərbədən avtomobil yararsız hala düşüb.
İlkin məlumata görə, qəzaya düşən patrul maşını həmin ərazidə xidmətdə olmayıb. Özləri sürət həddini keçərək qəza şəraiti yaradıblar. 
Hadisə gizli saxlanılıb və fərdi ustada təmir etdirilib.  
Beyləqan yol polis bölməsinin rəisi Azad Məmmədov Criminal.az saytına bildirib ki, yol patrul əməkdaşları qəza yerinə gedərkən atla toqquşub: "Jiquli inəklə toqquşmuşdu. Bizim əməkdaşlar da həmin hadisə yerinə gedərkən atla toqquşublar. Qəza sənədləşdirilərək lazımi qurumlara məlumat verilib, ata da protokol yazılıb".
Bölmə rəsi hadisənin gizlədilməsini təkzib edib və bildirib ki, maşın artıq təmir olunub və xidmətə verilib. 
Загрузка...
Загрузка...

Xəbər lenti