Yevlaxda ağır qəza: 11 yaralı Yevlaxda ağır qəza: 11 yaralı

Yevlaxda ağır qəza: 11 yaralı
Загрузка...

Yaralılar Yevlax və Mingəçevirin xəxtəxanalarına çatdırılıblar

Yevlax rayonunda mikroavtobusla "VAZ-2107” markalı avtomobil toqquşub.

"Report” agentliyinin məlumatına görə, hadisə Yevlax-Xaldan yolunun rayonun Quçuluq kəndi ərazisindən keçən hissəsində baş verib. 

Qəza nəticəsində 11 nəfər yaralanıb. Xəsarət alanlar Yevlax və Mingəçevirin xəstəxanalarına çatdırılıblar:

Mingəçevir şəhər sakini, 1994-cü il təvəllüdlü Ceyhun Elçin oğlu Məmmədov,
Ağdaş rayon sakini, 1983-cü il təvəllüdlü Mehman Ramiz oglu Əbilov,
Şəki rayon sakini, 1983-cü il təvəllüdlü Murad İdris oğlu Məmmədov,
Mingəçevir şəhər sakini, 1975-ci il təvəllüdlü Zaur Yamən oğlu Məmmədov,
Yevlax rayonr sakini, 1966-cı il təvəllüdlü Şəfi Mürsəl oğlu Əliyev,
Yevlax rayon sakini, 1978-ci il təvəllüdlü Aynur Əfəndi qızı Abdullazadə,
Yevlax rayon sakini, 2004-cü il təvəllüdlü Rüfət Qabil oğlu Abdullazadə,
Yevlax rayon sakini, 1962-ci il təvəllüdlü Cəmilə Xosrov qızı Gülüstani,
Yevlax rayon sakini, 1979-cu il təvəllüdlü Həcər Bəylər qızı Süleymanova,
Yevlax rayon sakini, 1979-cu il təvəllüdlü Sadiq Nadir oğlu Məmmədov,
Yevlax rayonr sakini, 1968-ci il təvəllüdlü Etibar İbrahim oğlu Yüsibov.Bu, sərnişin daşıyan nəqliyyatın iştirakı ilə ilk belə qəza deyil.

Noyabrın 7-də Gəncədə şəhər daxilində sərnişin daşıyan "İsuzu” markalı avtobusla "VAZ-21015” markalı minik avtomobili toqquşub. 

Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza nəticəsində bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıblar.

Oktyabrın 1-də Bakının Binə qəsəbəsinə gedən 160 saylı xətt avtobusunun qatarla toqquşması nəticəsində 3 nəfər ölüb, 40 nəfər xəsarət alıb. 





Загрузка...
Загрузка...

Xəbər lenti