Yerevanda Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri öldürülüb

Yerevanda Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri öldürülüb
Загрузка...
Yerevanda Paruyr Sevak küçəsindəki mənzillərdən birində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Georgi Kutoyanın cəsədi aşkar edilib. O, odlu silahla öldürülüb. Bu barədə bu gün Ermənistan KİV İstintaq Komitəsinə istinadən məlumat yayıb. İstintaq orqanları təhqiqata başlayıblar.
Georgi Kutoyan (1981-ci ildə anadan olub) 2011-ci ildə Ermənistan prezidenti Serj Sarkisyanın köməkçisi təyin edilmişdi. 2011- 2014-cü illərdə Antikorrupsiya Strategiyası Komissiyasının rəhbəri olub. 2016 - 2018-ci illərdə Milli Təhlükəsizlik Xidmətinə rəhbərlik edib. Serj Sarkisyanın komandası ilə birlikdə öz postundan kənarlaşdırılmışdı.

Xəbər lenti