Yeni təyin olunan DTX rəisinin bioqrafiasının gizli tərəfi

Yeni təyin olunan DTX rəisinin bioqrafiasının gizli tərəfi
Загрузка...
Prezident İlham Əliyevin dünən Mədət Quliyevi Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edərək Müdafiə Sənayesi naziri təyin edib. Dövlət başçısının digər sərəncamı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə Əli Nağıyev təyin olunub.
Yeni DTX rəisinin tərcümeyi-halına nəzər salaq: Nağıyev Əli Nağı oğlu 1958-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəhbəri olub. 2004-cü ildə Milli Təhlükəsizlik nazirinin birinci müavini təyin olunub. Prezident İlham Əliyevin 27 mart 2006-cı il tarixində imzaladığı sərəncamla general-mayor hərbi rütbəsi verilib. General-mayor Əli Nağıyev Azərbaycan Prezidenti İlham Əliyevin 11 aprel 2011-ci il tarixli sərəncamı ilə milli təhlükəsizlik nazirinin müavini vəzifəsindən azad edilib. 12 may 2011-ci il tarixində baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə Əli Nağıyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub. Prezident İlham Əliyevin 28 mart 2018-ci il tarixli sərəncamı ilə general-mayor Əli Nağıyev 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Əli Nağıyevin bioqrafiyasında anadan olma tarifindən sonra 2004-cü ildə nazir müavini təyin olunanadək heç bir fəaliyyətinə rast gəlmək mümkün deyil. Criminal.az əldə edib ki, general Ə.Nağıyevin bioqrafiyasında qapalı saxlanılan məqam onun aldığı təhsillə bağlıdır. Ə.Nağıyev məhşur çekistlərin təhsil aldığı xüsusi ali məktəbi bitirib. Həmin təhsil ocağında Azərbaycanın sabiq prezidenti Heydər Əliyev, Rusiya prezidenti Vladimir Putin də təhsil alıb. Söhbət Leninqrad (indiki Sankt-Petrburq) Dövlət Universitetindən gedir.  
Ə.Nağıyevin DTX rəisi təyin olunmasını çoxları sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun sonu kimi düşünür. Çünki E.Mahmudov nazir olan zaman Ə.Nağıyev müavin vəzifəsindən uzaqlaşdırılmışdı. E.Mahmudov nazir postundan çıxalan ərəfədə  "EURO TİKİNTİ" MTK-nın sədri Nəsimi Sadıqov Criminal.az saytına Eldar Mahmudovun ən sadiq adamlarından biri, "Akula Akif” kimi tanınan Akif Mustafayevin ''sağ əli'' Aydəm İsmayılovun ''Marriot'' hotelində görüşünün detallarına A.İsmayılov və ''Akula Akif'' arasında özünün də iştirak etdiyi görüşün detallarını açıqlamışdı.
 Aydəm İsmayılov: 4 milyon 400 min manat verdik, bəs nə oldu generalın məsələsi?
''Akula Akif'': Görmədin, cənaba (Eldar Mahmudovu nəzərdə tutur) dedim, işdən çıxartdırdım.
Aydəm İsmayılov: Biz belə danışmamışdıq axı...
"Akula Akif'': Generalı işdən çıxardıq, tez bir zamanda həbs ediləcək. Ondan sonra əmlakına da həbs qoyub sizin də paylarınız qaytarılacaq...
Aydəm İsmayılov: Pulun bir hissəsini verən adam məni tez-tez narahat edir ki, generalı bitirəcəyinizə söz vermişdiz, bəs nə oldu?
''Akula Akif'': Generalın arxasında ''Ağbaş'' durur, ona hələ gücümüz çatmır, amma onun da axırına az qalıb. Gedin təcili general barəsində mətbuatda, xüsusilə ''Musavat'' və ''Azadlıq'' qəzetində onu gözdən salmaq üçün xoşagəlməz məqalələr yazdırın.
Criminal.az bildirir ki, MTK sədri həmin vaxt adını açıqlamadığı, ''Akula Akif''lə A.İsmayılov arasında ''bitirilməsi'' planlaşdırılan general Əli Nağıyev idi. 
Hazırda "Akula Akif" ölkədən qaçsa da, A.İsmayılov Kənd Təsərrüfatı Nazirliyində mühüm vəzifə tutur. 
General-leytenant Vəli Nağıyev
Məlumat üçün bildirək ki, Əli Nağıyev nağıyevlər ailəsində yeganə general deyil. Onun böyük qardaşı Vəli Nağıyev 2015-ci ildən bügünədək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavinidir. V.Nağıyevə ölkə prezidenti İlham Əliyev 2018-ci ildə II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verib, general-leytenantdır.  
Загрузка...
Загрузка...

Xəbər lenti