Həbs olunan MTN-çilər Kürdəxanıda xüsusi kameralara salınıb

Həbs olunan MTN-çilər Kürdəxanıda xüsusi kameralara salınıb
Загрузка...

Barələrində həbs - qəti imkan tədbiri seçilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) əməkdaşları 1 saylı Bakı İstintaq Təcridxanasına aparılıblar.  Criminal.az aznews.az-a istinadən xəbər verir ki, tutulan 10-dək MTN əməkdaşı gecə təcridxanaya təslim edilib. Təcridxanada onlara ciddi şəkildə nəzarət olunur. Hətta rəhbərlik onlara nəzarət edilməsi üçün 30-dan çox "nadzor"u əlavə olaraq işə cəlb edib. Həmçinin, onlar üçün ayrıca xüsusi saxlanma kameraları ayrılıb.  

Qeyd edək ki, Səbail Rayon Məhkəməsi MTN-çilər haqda həbs - qəti imkan tədbiri seçdikdən sonra onlar Nərimanov Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Təcridxanasında saxlanılırdılar. Cinayət işi üzrə Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları barələrində həbs - qəti imkan tədbiri seçilib. 

Barəsində həbs - qəti imkan tədbiri seçilən şəxslərdən üç nəfərinin adı artıq məlumdur. Onlar MTN-in Aparat rəhbəri Fərhad Vahabov, nazirliyin Monitorinq Mərkəzinin əməkdaşı Natəvan Məmmədova və polkovnik Füzuli Ələsgərzadədir. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Criminal.az bildirir ki, həbs olunan digər 4 nəfərin adı isə hələ də gizli saxlanılır.

Criminal.az

Xəbər lenti