Yazıçı Elçin Əfəndiyevin qızı Konstitusiya Məhkəməsinə hakim təyin edildi

Yazıçı Elçin Əfəndiyevin qızı Konstitusiya Məhkəməsinə hakim təyin edildi
Humay Əfəndiyeva Südabə Həsənovanı əvəzləyib Fevralın 1-də Milli Məclisdə Prezident İlham Əliyevin təqdimatına əsasən Humay Elçin qızı Əfəndiyevanın Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi məsələsinə baxılıb. Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
H.Əfəndiyeva Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunması ilə bağlı parlamentin iclasında and içib. O, Baş nazirin keçmiş müavini, Xalq yazıçısı Elçin Əfəndiyevin qızıdır. H.Əfəndiyeva bu vəzifədə Südabə Həsənovanı əvəzləyib.
74 yaşlı S.Həsənova vəzifədə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. S.Həsənova təqaüdə çıxıb. O, 1998-2000-ci Azərbaycanın ədliyyə naziri, 2000-2005-ci illərdə Ali Məhkəmənin sədri, 2005-ci ildən isə Konstitusiya Məhkəməsinin hakimi olub. Konstitusiya Məhkəməsinin 9 hakimi var və onların vəzifədə olmasının son yaş həddi 70-dir. Konstitusiya Məhkəməsinin 70 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək vəzifələrini icra edir. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevdir. O, 2003-cü ildən bu vəzifədədir.

Xəbər lenti