Bakıda restoranda atışmanın təfərrüatları: məmur oğlu və 6 yaralı

Bakıda restoranda atışmanın təfərrüatları: məmur oğlu və 6 yaralı
Загрузка...

Lökbatandakı restoranda atəş açanlardan biri nazirliklərdən birinin şöbə müdirinin oğludur.

Bu barədə Musavat.com-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Hələlik adı çəkilməyən məmur oğlu dostu ilə birlikdə restoranda istirahət edirmiş. Həmin vaxt restoranda başqa müştərilər ad günü mərasimi keçirirmiş. İki dostun ad günü iştirakçıları ilə mübahisəsi düşüb. Mübahisə zamanı dostlardan biri “Vinçester” markalı tüfəng, digəri isə “Makarov” markalı tapança çıxarıb və atəş açmağa başlayıblar.

Nəticədə 6 nəfər - Ədalət Həsənov, onun azyaşlı oğlu Orxan, Nazim Həsənov, Rafiq Kərimov, Cəmil Həmidov və Mehrab Əliyev yaralanıb. Yaralıların hamısı 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

X X X

Daha bir məlumat isə Lökbatandakı atışma ilə bağlı cinayət işinin açılmasıdır.

Bakı şəhər prokurorluğundan Criminal.az-a verilən məlumata görə, faktla bağlı Qaradağ rayon prokurorluğunda 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilib. Hadisənin baş vermə səbəbləri istintaq yolu ilə araşdırılır.

Qeyd edək ki, dünən gecə saatlarında Bakının Lökbatan qəsəbəsində yerləşən “Zeytə park” adlanan restoranda atışma nəticəsində ən azı 6 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparır.

1 saylı Şəhər Kliniki Xəstəxanasından Trend-ə bildirilib ki, hadisə nəticəsində xəsarət almış 5 nəfər xəstəxanaya gətirilib. Onlardan 2-si artıq buraxılıb, 1-i başqa xəstəxanaya köçürülüb, 2-si isə hazırda xəstəxanada müalicə alır. Onların vəziyyətinin sabit olduğu qeyd olunub. Hadisə nəticəsində Ədalət Həsənov və iki azyaşlı oğlu - Orxan və Nazim Həsənovlar, Rafiq Kərimov, Cəmil Həmidov və Mehrab Əliyev güllə yarası alıblar.

Criminal.az

Xəbər lenti