Azərbaycanın məşhur şairinin yeznəsi həbs edilib

Azərbaycanın məşhur şairinin yeznəsi həbs edilib

Azərbaycanın tanınmış şairi Rüstəm Behrudinin yeznəsi həbs edilib. CRİMİNAL.AZ xəbər verir ki, onu Azərbaycandan qaçmaq istəyərkən həbs ediblər. Həmin şəxs R.Behrudinin bacısının həyat yoldaşı Səməd Sadıqovdur. 

S.Sadıqov oktyabrın 11-də Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayonu Mazımçay kəndi ərazisindəki zastavanın xidməti sahəsindən dövlət sərhədini Azərbaycandan Gürcüstan istiqamətində pozmağa cəhd göstərərkən saxlanılıb.

S.Sadıqovun dövlət banklarına olan külli miqdarda borcu olub və ödəməkdən yayınmaq məqsədilə ölkəni qeyri-qanuni yolla tərk etmək niyyətində olub. O,həm də televiziya direktorudur. S.Sadıqov "CityTV" televiziyasının təsisçisi və direktorudur. Eyni zamanda "Powerful" şirkətinin Azərbaycan üzrə marketinq direktoru vəzifəsində çalışır. 

CRİMİNAL.AZ

AzərbaycanınAzərbaycanın

Xəbər lenti