Yardımlı istiqamətində sərhədi pozan şəxs öldürülüb

Yardımlı istiqamətində sərhədi pozan şəxs öldürülüb
Загрузка...
 "Hadisə yerində narkotik vasitələr tapılıb”
Yardımlı rayonunun Daşkənd kəndi yaxınlığında aprelin 22-də saat 15:30 radələrində atışma olub, 1 nəfər ölüb. Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Məlumatda bildirilib ki, 3 nəfər naməlum şəxs İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozan zaman sərhəd naryadı tərəfindən "Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açılıb. Sərhəd pozucuları əmrə tabe olmayaraq atəş açaraq sərhədçilərin həyatına qəsd ediblər. Məlumatda sərhəd pozucularından birinin yaralandığı qeyd olunub:
"Digər sərhəd pozucuları ərazinin sıx meşəlik və hava şəraitinin dumanlı olmasından istifadə edərək qaçıblar. Yaralanan sərhəd pozucusu Cəlilabad rayon mərkəzi xəstəxanasına təxliyə olunmasına baxmayaraq həyatını xilas etmək mümkün olmayıb”.
DSX hadisə yerində ümumi çəkisi 2 kq olan həşiş qətranına bənzər narkotik vasitə, 1 ədəd lüləsi kəsilmiş qoşalülə ov tüfəngi, 6 ədəd patron və 1 ədəd patron gilizinin aşkar olunduğunu bildirib.

Xəbər lenti