“Yaponçik”in varisini xüsusi qəddarlıqla belə öldürdülər, boğazını kəsdilər “Yaponçik”in varisini xüsusi qəddarlıqla belə öldürdülər, boğazını kəsdilər “Yaponçik”in varisini xüsusi qəddarlıqla belə öldürdülər, boğazını kəsdilər

“Yaponçik”in varisini xüsusi qəddarlıqla belə öldürdülər, boğazını kəsdilər
Загрузка...
 Nüfuzlu "vor zakon” Aleksey Petrov ("Petrik” və ya "Lenya Xitrıy” ) Ukraynada yaşadığı evin qarşısında xüsusi amansızlıqla öldürülüb. Virtualaz.org xəbər verir ki, "vor zakon”a divan tutulmasına dair kadrları yerli Strana.ua portalı yayıb. Kadrlardan görünür ki, iki nəfər kriminal avtoriteti döyür, onlardan biri "Petrik”i bıçaqla vurur. Həmin şəxslər kriminal avtoriteti həyətdə dayanmış cipin arxasına çəkir, bir az sonra killerlər oradan çıxır. Onların əlləri və paltarı qan içindədir. 

Məlumata görə kriminal avtoriteti döyəndən sonra onun boğazını kəsiblər. "Petrik” cinayətkar aləmdə unikal şəxsiyyət hesab olunurdu. O, hələ ötən əsrin 70-ci illərinin sonlarında Moskvanın şimal-şərqindəki Mazutlu keçiddə SSRİ-nin ilk mütəşəkkil cinayətkar qruplaşmalarından birini yaradıb, həmin qruplaşma "Mazutinsk qruplaşması” kimi tanınıb.
"Petrik” habelə məşhur "vor zakon”, kriminal aləmin kralı hesab edilən Vyaçeslav İvankov ("Yaponçik”) vurulanda onu xəstəxanada ilk ziyarət edən adam olub. "Yaponçik” ona bir neçə kəlmə söz deməyə imkan tapıb, sonra komaya düşüb və bir daha ayılmayıb.
Deyilənə görə "Yaponçik” işlərini "Petrik”ə vəsiyyət edib. Ukraynada isə Aleksey Petrov sənaye müəssisələrinin istehsalat tullantılarının realizasiyası ilə məşğul idi və kriminal işlərdən çəkilmişdi. O, Zaparojets vilayətindəki Vtromaysk qəsəbəsindəki fərdi evində yaşayırdı. 

Ukraynanın Zaparojets vilayətində killerlərin xüsusi amansızlıqla öldürdüyü Aleksey Petrov həqiqətən mafioz olub və kriminal dairələrdə "Petrik” kimi tanınıb. Amma o, "Yaponçik”in varisi sayılan həmin "Petrik” deyil. Bu haqda "Prestupnaya Rossiya” yazır. Bildirilir ki, 2000-ci ilə qədər Petrov Frantsın məşhur cinayətkar qruplaşmasında olub, amma deyilənlərlə görə sonradan bu işlərdən əl çəkib. 

Bundan əvvəl KİV-lər, o cümlədən REN TV kanalı Ukraynada 56 yaşlı "vor zakon” Aleksey Petrovun öldürüldüyünə dair xəbər və videogörüntülər yaymışdı.
Загрузка...
Загрузка...

Xəbər lenti