YAP-ın rəhbər şəxsi arvadını evdən qovub: "Deyir ki, prezidentin köməkçisi Əli Həsənovla dostam, ona Xızıda villa tikdirirəm..." YAP-ın rəhbər şəxsi arvadını evdən qovub:

YAP-ın rəhbər şəxsi arvadını evdən qovub:
Загрузка...
Siyasətlə çox məşğul olan və ya siyasətin çox məşğul olduğu adamlarda bəzən kiçik Napoleon sindiromu yaranır. İndi bəhs edəcəyimiz qəhrəman da ailədə özünü iqtidar, arvadını isə müxalifət sayıb və onu qovub. Yəqin ki, öz aləmində səsvermə hüququndan məhrum edib. Siyasətin vəhşətə, vəhşətin də xəyanət şübhəsinə qarışdığı dramı təqdim edirik. Dram iki pərdəlidir. Birinci pərdə ərin hikkəsi, ikinci isə hikkəli xəyanətdir…
İkipərdəli dram Yeni Azərbaycan Partiyasının Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyevin ailəsində baş verib. Ailədə yaranmış qarşılıqlı xəyanət şübhələri sonradan polisə və məhkəməyə qədər uzanıb. Criminal.az saytına üz tutan Gülarə Haqverdiyeva özünün də üzv olduğu YAP-ın rayondakı əsas təmsilçisi olan keçmiş əri Fərrux Haqverdiyevlə aralarından başlamış və uzun müddətdir davam edən ilə münaqişəsini tam çılpaqlığı ilə danışıb:
 
Gülarə Haqverdiyeva 
"Uzun illər davam edən evliliyimiz çox gözəl idi, o vaxta kimi ki, ailədə xəyanətlər yaranmışdı. Fərruxun həyatındakı müxtəlif qadınlar ailəmizi dağılmaq dərəcəsinə gətirdi. 1986-cı ildə ailə qurmuşduq. Hər şey gözəl idi, ərimin pullanması və həyatındakı qadınlar söz-söhbət yaratdı, 2010-cu ildə oğlumun toyundan sonra pik həddə çatdı. Fərrux mənimlə yola getmirdi, evdən qovurdu. Evin qazını, işığını, suyu kəsirdi ki, evdən çıxıb. Evə heç nə almırdı, deyirdi  canın çıxsın get, özün ək-biç. 2010-cu ildə oğlum evlənəndən evin hökmranı gəlin oldu. Gəlinə də ixtiyarı Fərruf Haqverdiyev vermişdi. 2016-cı ildə isə ayrıldıq. O vaxta kimi mənə deyirdi çıx evdən, amma çıxmırdım ki öz evimdi. O isə öz kefində idi. Əvvəl Şurabadda işləyirdi. Dayımın hesabına pul qazandı və karyera qurdu, hazırda isə Xızının Suvarma Sistemləri İdarəsinin rəisidir, YAP-ın Xızı rayon təşkilatının sədridir".
Şikayətçi deyir ki, dəfələrlə bankdan pul götürüb, aparıb Xızıda qadına xərcləyib: "2004-2005-ci ildə öz işçisi olan Könül adlı qadınla problemi də yaranmışdı. Onların sevgi münasibəti məhkəməyə, polisə qədər çıxmışdı . Sonradan 50 min həmin qadına verərək özünü qurtarmışdı. Hazırda Şabran rayonundan olan başqa qadınla evləndi. Əlimlə qurub yaratdığım evə həmin qadını gətirib. 30 il bir yerdə yaratdığım haqqımı tələb edirəm. Ona görə də məhkəmədə mülki dava açdım". 

Fərrux Haqverdiyev 
G.Haqverdiyeva deyir ki, boşanandan sonra məmur əri ona heç bir əmlak verməyib: "Evdən çıxarkən bir dəst paltarla çıxmışam. Şurabaddakı evdə tək yaşarıyam. Məhkəmədə ailəli olan vaxtı birgə qazancımızla topladığımız sərvətin hamısını ələ keçirib. Məhkəmələrdə mülki dava açsam da lağlağı obyektinə çevrilirəm. Bütün işləri öz xeyrinə dəyişir. Deyir ki, prezidentin köməkçisi Əli Həsənovla dostam, ona Xızıda villa tikdirirəm, mənə heç nə edə bilməzsən. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə ilə yaxındır, guya rayondakı ferması ona məxsusdur. Xəzər Aslanov Xızıya yeni icra başçısı təyin olunanda ona 30 ha torpaq bağışladı. Bax elə bu əlaqələrinə görə bütün məhkəmələri ələ almağı bacarıb. Bütün məhkəməni ələ alıb, hamı onun sözünü deyir, məni məzxərəyə qoyurlar. Boşansaq da mənə heç nə vermir. Onun arxasında Əhməd Əhmədzadə və Xəzər Aslanov durur".
"Mən evdən çıxanda 700 baş heyvanı vardı, deyirdi Əhməd Əhmədzadənindir. Amma mən bilirəm ki, yalan danışır. 80 malı və 80 danası var, ferması var. Həmin ferma mənim adımadır. Torpaqlarımız var, ordan hər il 100 tona yaxın arpa yığır. Mən isə evdən bir dəst paltarımı götürüb çıxmışam. Məni balta-bıçaqla evdən qovub. Bir gün toydan evə gəldi. Dedi ki, evdən kabab iyi gəlir. Zorla boynuma qoymağa çalışırdı ki, evdə kiməsə kakbab çəkmişəm. Əslində isə gecə qonşuda kabab çəkmişdilər. Oğlumu çağırdım, söhbəti açdım. Sonra gəlinim qarderobumu açıb əşyalarımı çölə atdı. Elə o vaxtdan evdən çıxmışam", G.Haqverdiyeva bildirib.
F.Haqverdiyev Criminal.az saytına açıqlamasında keçmiş həyat yoldaşının ittihamlarını böhtan adlandırdı. Bildirdi ki, G.Haqverdiyeva ilə rəsmi qaydada boşanıb və mülk məhkəmə qaydasında yarı bölünüb: "Mən partiya sədrəyəm, siz kimsiniz məni narahat edirsiz. O qadının özünə cinayət işi başlanıb. O mənə böhtan atdığına görə polisə vermişəm. Yüksək vəzifəli adamların adını hallandırmağı da mənə təzyiq etmək üçündür. Məni bir daha narahat etməyin…". 





Загрузка...
Загрузка...

Xəbər lenti

Digər xəbərlər