YAP-ın rayon təşkilat sədrinin oğlu narkotiklə tutuldu

YAP-ın rayon təşkilat sədrinin oğlu narkotiklə tutuldu
Загрузка...
 Sabirabad rayon sakininin üzərində narkotik maddə aşkarlanıb. "Report" xəbər verir ki, rayon sakini Fariz İxtiyar oğlu Ağayev polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik maddə aşkarlanıb.
Qeyd edək ki, saxlanılan şəxs Yeni Azərbaycan Partiyasının (YAP) Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayevanın oğludur. F.Ağayev dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində Sabirabad rayonun Qaratəpə kəndi üzrə bələdiyyə sədrliyinə namizəddir.
***
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1990-cı il təvəllüdlü F. Ağayev fərdi təsərrüfatla məşğuldur. Bələdiyyə sədrliyinə namizəd olan F. Ağayevin namizədliyi də elə partiya tərəfindən irəli sürülüb.
Загрузка...
Загрузка...

Xəbər lenti