Yalçın İmanov: "İnsan hüquqları ilə məşğul olan vəkillərin sayı getdikcə azalır"

Yalçın İmanov:
Загрузка...
 "Siyasi hakimiyyət Azərbaycanda işgəncələrdən danışan, müştərisinin hüquqlarını müdafiə edən müstəqil vəkillik institutunun varlığını qəbul etmək istəmir", vəkillik hüququ yenicə əlindən alınmış, peşəkar karyerasında daha çox siyasi məhbus adlandırılan şəxslərin müdafiəsinə görə tanınan Yalçın İmanov deyir.
Ötən həftə Gəncə İnzibati-İqtisad Məhkəməsi onun vəkillik lisensiyasının ləğv edib. Yalçın İmanov 2017-ci ilin noyabrında Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə qurumdan uzaqlaşdırılıb. Qərara səbəb Penitensiar Xidmətin rəis müavini Oqtay Məmmədovun vəkil barədə sentyabr ayında ünvanlandırdığı şikayəti olub, Yalçın İmanov BBC Azərbaycancaya bildirib.
Oqtay Məmmədovun şikayətinə səbəb Yalçın İmanovun müdafiə etdiyi "Nardaran məhbusu" kimi tanınan Abbas Hüseynov barədə işgəncə iddiasıdır. Abbas Hüseynov hüquq-mühafizə orqanlarının 2015-ci ildə Bakının Nardaran kəndində keçirdiyi əməliyyat zamanı saxlananlardan biridir və 20 il həbs cəzası alıb. Hakimiyyəti zorla ələ keçirmə, terrorçuluq və qəsdən adam öldürmə maddələri üzrə ittihamlarla üzləşmiş Abbas Hüseynov və onunla bərabər həbs edilənlər bu ittihamları qəbul etmirlər.
Yalçın İmanov BBC News Azərbaycancaya müsahibəsində deyib ki, o, Gəncə İnzibati-İqtisad Məhkəməsinin onun vəkillik lisensiyasının ləğvi ilə bağlı veridyi qərardan narazıdır və apellyasiya verəcək, əgər "ədalətli qərar əldə etməzsə, Avropa Məhkəməsinə qədər gedəcək". O hesab edir ki, onun vəkilliyinə xitam verilməsi hakimiyyətin müstəqil vəkillik institutunun mövcudluğuna "dözümsüzlüyüdür".
- Müstəqil vəkillik institutu müstəqil məhkəmə sistemi ilə bağlı olan məsələdir. Azərbaycan hakimiyyəti görünür həm də müstəqil məhkəməm sistemini istəmir. Buna görə də müstəqil vəkillərə təzyiq olunur. Onların lisenziyası əllərindən alınır, fəaliyyətdən kənarlaşdırılır. Buna da Vəkillər Kollegiyasının ələbaxan, üzüyola, hakimiyyətin bütün sifarişlərinin icra edə bilən rəhbərliyi vasitəsilə nail olunur. Mənim və ya digər vəkillərin Kollegiyadan uzaqlaşdırılması və ya fəaliyyətinin bu və ya digər şəkildə dayandırılması və öz peşəsi ilə məşğul olmağa icazə verilməməsi məhz bununla bağlıdır.
Azərbaycan siyasi hakimiyyəti Azərbaycanda işgəncələrdən danışan müştərisinin hüquqlarının müdafiə edən müstəqil vəkillik institunun varlığının qəbul etmək istəmir. Əlindən gələni də edir ki, Azərbaycanda bu cür sistem olmasın. Mənim də Kollegiyadan uzaqlaşdırılmağımın səbəbi hakimiyyətin bu istəyi ilə bağlıdır. Bu istəyi də Vəkillər Kollegiyasının həm köhnə, həm də yeni rəhbərliyi vaxtaşırı ən yüksək səviyyədə həyata keçirib.
- Bəzi iddialarda deyilir ki, sizin vəkillik hüququnuzun alınması həm də Nardaran hadisələrində həbs olunmuş məhbusların müdafiəsiz qalmasına hesablanıb. Bu iddialar barədə nə deyə bilərsiniz?
- Təkcə Nardaran məhbuslarından söhbət getmir. Məqsəd spesifik, riskli insan hüquqları məsələləri ilə məşğul olan vəkillərin sayını azaltmaq idi. Onsuz da belə vəkillərin sayı çox az idi, bir əlin barmaqlarının sayı qədərdir, bir neçə nəfər qalıb artıq. Hökumət də bu işlərə çıxan vəkillərin varlığını həzm etmirdi. Kifayət qədər hüquqi, qanun pozuntuları, ağlagəlməz işgəncələr baş verirdi və bu da həmişə bu cür işlərə çıxan vəkillərin sayəsində cəmiyyət bundan xəbər tuturdu.
Mənim və ya insan hüquqları ilə məşğul olan digər vəkillərin lisenziyasının əlindən alınması o deməkdir ki, insan hüquqları ilə məşğul olan vəkillərin sayı azalır. Onsuz da Kollegiyanın 1500-dən çox üzvü var, amma ondan nə qədəri insan hüquqları ilə məşğul olur və ya nə qədəri bu sahəyə həvəs göstərir, bəlli deyil. Bu sahədə işləmək istəyən vəkillərin sayı azdır. Demək olar ki, yoxa bərabərdir.
Mənim vəkillikdən kənarlaşdırılmağım təkcə Nardaran məhbuslarının müdafiəsiz qalması deyil, həm də insan hüquqları pozuntusuna məruz qalan şəxslərin - bu, həm siyasi ola bilər, həm də qeyri-siyasi, dini ola bilər və ya ateist fəallar və ya digərləri - müdafiədən kənarda qalması deməkdir.
-Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəksinizmi?
- Təbii ki, mən bu ölkədə uzun müddət vəkil işləmişəm. Öz işimlə bağlı da Azərbaycan məhkəmələrindən heç bir ədalət gözləmirdim və gözləntim də özünü doğrultdu. İşimlə bağlı birinci instansiya qərar verib. Mən bu işlə bağlı rəyin necə saxtalaşdırıldığını sübut etdim, ancaq yekun qərar, təbii ki, əleyhimə oldu, əksini də gözləmirdim, çünki həm siyasi, həm də qeyri-siyasi işlərdə vəkil kimi fəaliyyət göstərmişəm.
Görürdüm ki, bu ölkədə məhkəmə hakimiyyəti sifariş və maraqlarla idarə olunur. Buna görə də öz işimdə də ədalət gözləmirdim. Təbii ki, yeganə ümidim də ölkədaxili vasitələri tükəndirib işi Avropa Məhkəməsinə göndərməkdir.
- Bu, xeyli vaxt aparacaq, o arada nə edəcəksiniz?
- Həmkarlarımızın təcrübəsi göstərir ki, hətta Avropa Məhkəməsi qərar çıxardıqdan sonra belə, onların vəkilliyə qayıdışı məsələsi həll olunmur. İntiqam Əliyev və Ənnağı Hacıbəyli ilə bağlı qərar var və həmin qərarda həm İntiqam müəllimin, həm də Ənnağı müəllimin Konvensiya ilə təminat altına alınan bir çox hüquqlarının pozuntusunun baş verdiyi öz əksini tapıb. Ancaq üstündən kifayət qədər vaxt keçməsinə baxmayaraq, onların kollegiyaya üzvlükləri hələ də bərpa olunmayıb. Təbii ki, ökədaxili məhkəmə proseslərini tükəndirəndən sonra işimi Avropa Məhkəməsinə göndərəcəm.
Ümid edirəm ki, Avropa Məhkəməsi də bu işlə bağlı kifayət qədər pozuntu olduğunu tanıyacaq. Ancaq ondan sonra veriləcək qərardan sonra mənim kollegiyaya qayıtmağım indiki kollegiya rəhbərliyi və ya indiki siyasi sistem çərçivəsində mümkün olacağınını gözləmirəm. Bu siyasi sistem dəyişməsə, müstəqil vəkil mühakiməsi, vəkil institutu olmasa, bunun baş verəcəyini gözləmirəm.
Загрузка...
Загрузка...

Xəbər lenti