Xüsusi təyinatlı zabit hərbi hissədə intihar etdi

Xüsusi təyinatlı zabit hərbi hissədə intihar etdi
Daxili İşlər Nazirliyinin Daxili Qoşunların zabiti xidmət etdiyi hərbi hissədə intihar edib. "Qafqazinfo"nun verdiyi xəbərə görə, Daxili Qoşunlarda xüsusi təyinatlı dəstələrdən birinin komandiri, 1989-cu il təvəllüdlü kapitan Məmmədov Alim Nazim oğlu yanvarın 30-da Quba rayonunda ürəyindən tapança ilə atəş açaraq özünü öldürüb.
A. Məmmədovun cənazəsi bu gün Qubadan Sumqayıta gətirilərək dəfn edilib.
Xatırladaq ki, XTD üzvü Alim Məmmədov Vətən Müharibəsində iştirak edərək qəhrəmancasına döyüşüb. Qeyd edək ki, A.Məmmədov evli olsa da, 10 ilə yaxındır ki, övladı olmurmuş. Yanvarın 28-də onun ilk övladı dünyaya gəlib.

Xəbər lenti