Xocavəndə gedən polisin meyiti tapılıb

Xocavəndə gedən polisin meyiti tapılıb
"Toğrul Mədətli xidmətdən kənar vaxtda istintaqa məlum olmayan səbəbdən Xocavənd rayonuna gedib” Oktyabrın 9-dan 10-na keçən gecə saat 2 radələrində Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Toğrul Mədətlinin meyiti tapılıb. Baş Prokurorluğun mətbuat xidmətindən Meydan TV-nin sorğusuna cavab olaraq bildirilib ki, meyit Xocavənd rayonunun Binə Dərəsi kəndi ərazisində aşkarlanıb.
"Araşdırmalarla müəyyən edilib ki, Toğrul Mədətli xidmətdən kənar vaxtda istintaqa məlum olmayan səbəbdən Xocavənd rayonuna gedib. O, rayonun Binə Dərəsi kəndi ərazisində elektrik cərəyanı vurması səbəbindən ölüb”, - prokurorluqdan bildirilib.
1988-ci il təvəllüdlü Toğrul Mədətlinin ölüm faktıyla bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti