Xocalıda yerləşən ən bahalı radiolokasiya stansiyası məhv edildi Xocalıda yerləşən ən bahalı radiolokasiya stansiyası məhv edildi

Xocalıda yerləşən ən bahalı radiolokasiya stansiyası məhv edildi
Düşmənin bütün havadan müdafiə sistemini yönəldən, Xocalıda yerləşən ən bahalı 19J6 (ST-68U) radiolokasiya stansiyası məhv edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat verib.
Qeyd edək ki, Ordumuzun məhv etdiyi 19J6 RLS qanadlı raketlər də daxil olmaqla hava hədəflərini aşkarlamaq, tanımaq və izləmək üçün nəzərdə tutulur. Radar, həmçinin, hava həfədlərini və koordinatlarını, onun dövlət mənsubiyyətini və fəal maneə mənbələrini təyin etməyə imkan verir.
Mürəkkəb meteoşəraitdə və aşağı yüksəklikdəki hədəfləri aşkarlayan və izləyən 19J6 RLS-in müasir Avtomatlaşdırılan İdarəetmə Sistemləri (AİS) ilə inteqrasiyası mümkündür.

Xəbər lenti