Xızılı “Barbos” həbs edildi Xızılı “Barbos” həbs edildi

Xızılı “Barbos” həbs edildi
Загрузка...
"Barbos” ləqəbli keçmiş "zek” həbs edildi. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Criminal.az-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində qanunsuz olaraq silah saxlamaqda şübhəli bilinən Giləzi qəsəbə sakini, əvvəllər 16 il həbs həyatı yaşamış "Barbos” ləqəbli Mahir Kərimov saxlanılıb.
Polis əməkdaşları tərəfindən ona məxsus qəsəbə ərazisində yerləşən fərdi yaşayış evində keçirilmiş axtarış zamanı oradan bir ədəd "Revolver” tipli kustar üsulla hazırlanmış tapança, 4 ədəd patron və bir ədəd kabura aşkar edilərək götürülüb.
Faktla bağlı Xızı RPŞ-də cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır. 


Xəbər lenti