Xırdalanda sərnişin avtobusu aşdı Xırdalanda sərnişin avtobusu aşdı

Xırdalanda sərnişin avtobusu aşdı
Загрузка...

Abşeron rayonunun Xırdalan şəhəri ərazisində 119 saylı marşrut avtobusunun aşdığı hadisə yerindən görüntülər yayılıb. A24.Az xəbər verir ki, görüntüləri tanınmış aparıcı Elcan Məmmədli lentə alıb. Videodan da avtobusun aşdığı görünür.

 

Qeyd edək ki, hadisə barədə Bakı Nəqliyyat Agentliyi də məlumat yayıb. Bildirilir ki, bir qədər əvvəl Bakı-Sumqayıt yolunda 20 yanvar dairəsi istiqamətində 119 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10TG174 DQN-lı avtobus qəzaya uğrayıb. Hadisə ilə bağlı məlumat daxil olan kimi Bakı Nəqliyyat Agnetliyinin əməkdaşları hadisə yerinə yollanıb. İlkin araşdırmalar nəticəsində və şahidlərin bildirdiyinə görə hadisə minik avtomobilinin qəfildən avtobusun qarşısına çıxması səbəbindən baş verib. Hadisənin dəqiq başvermə səbəbi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq.

 Əlavə edək ki, Qəza zamanı 3-ü qadın, 6-sı isə kişi olmaqla 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onlardan 2 nəfər Respublika Klinik Xəstəxanasına, 7-si isə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralılardan 63 yaşlı qadının vəziyyəti ağırdır, digərlərinin vəziyyəti qənaətbəxşdir.

Загрузка...
Загрузка...

Xəbər lenti