Xırdalanda dəhşət: Gənc oğlan qan içərisində can verdi, insanlar isə... Xırdalanda dəhşət: Gənc oğlan qan içərisində can verdi, insanlar isə...

Xırdalanda dəhşət: Gənc oğlan qan içərisində can verdi, insanlar isə...
Загрузка...
Ötən gecə Xırdalanda yerləşən Abşeron Gənclər Şəhərciyində xeyli insan gecə saatlarında qan içərisində çabalayan gəncin başına toplaşmışdı. Onların bəzisi qan içərisindəki gənci sorğu-sual edir, bir qism insan isə telefona çəkirdi. Çağırılmış təcili yardım və polis isə xeyli vaxt keçsə də, gözə dəymirdi.  
Criminal.az saytının hadisə yerində olan əməkdaşı kompleksin binalarından birinin arxa hissəsində yerdə qan içərisində olan 30-35 yaşlı gəncin başı partlamış, hər iki ayağı sınmış vəziyyətdə, başından axan qan isə özündən xeyli kənara dağılmış vəziyyətdə görüb. 
Onun intihar etdiyi deyilsə də, gəncin binanın 4-cü mərtəbəsindən yıxıldığını görənlər də olub. Hadisə şahidi deyir ki, qan içərisində olan şəxs 4-cü mərtəbədə eyvandakı dəmirdən asılı vəziyyətdə görüb. Həmin eyvanda bir qadın və kişi də olub. Əlləri ilə dəmirdən yapışan həmin gənc qolları yorulduğundan özünü saxlaya bilməyərək yerə düşüb. Bundan sonra həmin kişi və qadın içəri keçərək pəncərəni bağlayıblar.
Yaralı başına toplaşanların sualarına isə qeyri-müəyyən cavab verib. Dediyinə görə, adı Şahindir, başqa ərazidə yaşayır. Lakin o hansı şəraitdə mərtəbədən yıxılmasını izah edə bilməyib.   
Qan içərisində kömək istəyən gəncin harayına isə insanların çağırdığı təcili yardım düz 1 saata yaxın gecikib. Hadisə yerinə gələn təcili yardım briqadası yerdə çabalayan şəxsə kömək etmək əvəzinə tərəddüd içərisində əvvəl onu müşahidə ediblər. Hadisə yerinə toplaşan insanların "nəyə baxırsınız, kömək  edin" sözlərindən sonra yaralını təcili yardım maşınına qoymaq qərarına gəliblər. Hətta yaralıya ağrıkəsici iynəni də insanların iradından sonra vurublar. 
Həmin gəncin sonrakı taleyi, eyni zamanda hadisənin təfərrüatı haqda məlumat öyrənmək mümkün olmadı. 
Təqdim etdiyimiz videoda da yaralının başına toplaşan insanların can verən gənci necə sorğu-sual etməsini, təcili yardım həkimlərinin köməksiz insana münasibətini görə bilərsiniz.  
Загрузка...
Загрузка...

Xəbər lenti