Xəzər rayonuna yeni icra başçısı təyin edildi

Xəzər rayonuna yeni icra başçısı təyin edildi
Загрузка...
İcra başçısının müavini yeni vəzifə aldı
Prezident İlham Əliyev Xəzər rayonu icra hakimiyyətinə yeni başçının təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Elşən Rövşən oğlu Salahov təyin edilib.
Yerli mətbuatın məlumatına görə, buna qədər E.Salahov Xəzər rayon icra başçısının müavini vəzifəsini tuturdu. Xəzər rayonu icra başçısı Gülağa İslamov 2018-ci il dekabrın 21-də vəzifəsindən azad edilib.
Vəzifədən çıxarılmasından üç gün əvvəl, o, prezident İlham Əliyev tərəfindən 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Загрузка...
Загрузка...

Xəbər lenti