“Xəstəxanada 8 manatım çatmadı, məni girov saxladılar”

18 Mart 2020, 19:33
18 Mart
2020
19:33
357
Göyçay sakini: "İnanın, heç nəyimiz qalmayıb”
Göyçayda yaşayan Aytəkin Əliyeva 4 ildir xəstəliklərlə mübarizə aparır. Gənc qadın bu müddətdə ailəsinin onun müalicəsi üçün hər şeyi satdığını deyir.
"Əməliyyata 4 min manatımız çıxdı”
Bizi Aytəkinin həyat yoldaşı Samir Əliyev qarşılayır. Hələ yolda bu illər ərzində qadını həyatda saxlamaq üçün necə mübarizə apardıqlarından danışır. Deyir ki, çox qazana bilmir, iki gündə bir dəfə bazara çıxır, evə uzağı 10 manat gətirir. Aytəkinin müalicəsi üçün isə çox pul xərcləyiblər.
"Üçüncü övladımız dünyaya gələndən sonra belə oldu. Hepatit B və D, qaraciyərdə problem olduğu üzə çıxdı. Keçən ilin iyununda dalağını götürdülər. Əməliyyata 4 min manat xərcimiz çıxdı. Sistemin biri 120 manat idi. İmkan çatmırdı, çox vurdura bilmirdik. Onun sağalması üçün hər əziyyətə qatlaşmışıq. Sanki müalicələr düz aparılmayıb. İnfeksiya xəstəxanasında, Ucarda, "Semaşko”da yatıb. Vəziyyəti heç yaxşı deyil. Güclə addım atır”, - Samir danışır.
Evə çatırıq. Aytəkin addım-addım yeriyərək bizə yaxınlaşır. Vəziyyətinin çox pis olduğunu deyir.

Samir Əliyev
"Heç nəyimiz qalmayıb”
"Oturduğum yerdə halım pisləşir. Tək qalmağa qorxuram. Uşaqları məktəbə, bağçaya apara bilmirəm. İnanın, heç nəyimiz qalmayıb. Ortada üç uşaq var. Onları aylarla qoyub gedirəm, analıq eləyə bilmirəm”, - Aytəkin kədərini bu cür ifadə edir.
Söhbətə onun bacısı Günay Həsənova qoşulur. Müsahibimiz danışır ki, bacısının ailəsi əvvəllər peşə məktəbinin yataqxanasında yaşayırmış. Yanğından sonra yaşayış yeri əldən çıxıb. Qohumlar yığışıb ailəyə daxma qaraldıb. Amma burada da lazımi şərait yoxdur.
Aytəkin yeni yaşayış yerində hər şeyin yarımçıq olduğunu deyir. Qadın xətəliklə necə mübarizə apardıqlarından danışır. Hər dəfə Bakıya müalicəyə gedəndə azı 400-500 manat xərclədiklərini deyir: "Gedəndə də haradasa qalmaq lazım gəlir. Hər şey çətindir. Bir dəfə özəl xəstəxanada 8 manatım çatmadı, məni girov saxladılar. Heç nə havayı başa gəlmir”, - qadın belə deyir.
"Sosial yardım vermirlər, yüz bəhanə gətirirlər”
Ailə dövlətdən heç bir yardım görmür. Ölkə başçısına məktub yazaraq vəziyyəti çatdırmağa çalışıblar. Bildiriş gəlib, amma cavabdan xəbər çıxmayıb. Düşünürlər ki, yerli məmurlar cavab məktubunu sıradan çıxarıb.
"İki dəfə pensiya üçün müraciət eləmişik. "Yox” cavabı almışıq. Sosial yardım üçün də getmişdik. Vermirlər, yüz bəhanə gətirirlər. Hepatit D təcili müalicə olunmalıdı. Pula çox ehtiyac var. Bir az qalanda qarnıma su yığılır. Burnumdan hər gün qan açılır. Təsəvvür edin, dörd il ardıcıl xəstəxanalarda pul xərcləmək nə deməkdi. İrana qədər getmişik”, - Aytəkin problemin bütün tərəflərini deməyə çalışır.
Aytəkin Əliyeva: İnanın, heç nəyimiz qalmayıb.

Aytəkin Əliyeva: İnanın, heç nəyimiz qalmayıb.
Qadın deyir ki, İranda onlara müalicəyə gecikdiklərini söyləyiblər. Aytəkin ilk vaxtlarda imkansızlıqdan lazımi addımları ata bilmədiklərini xatırlayır: "Sonra nəyimiz varsa, satmağa başladıq. Bax, yenə müalicə üçün getmək lazımdı. Amma pulu haradan tapacağımı bilmirik. Bacım məktəbdə xadimə işləyir, onun kartından 300 manat çıxarıb müalicəyə getdiyim vaxtlar olub”.
Ailənin üç övladından ikisi məktəb yaşındadır. Uşaqları internat tipli gimnaziyaya qoyublar. Amma axşamlar ananın yanına gələ bilirlər. Aytəkin elə-hey təkrar edir ki, "uşaqlara analıq eləyə bilmirəm”.
"Deyirlər ki, bir kilodan artıq yük götürmə. Amma mən onların qayğısına qalmaq istəyirəm. Mən uşaqlarıma baxmaq istəyirəm”, - ananın sakit fəryadıdır.
Ümid ölməyib. Həkim axırıncı dəfə Aytəkinə deyib ki, qaraciyərində sağlam toxumalar çoxdur. Qadın bu ümidə sığınıb sağalacağından, uşaqlarını daha çox bağrına basacağından danışır...
Göyçay Rayon İcra Hakimiyyətindən Meydan TV-yə deyiblər ki, vətəndaş onlara yazılı müraciət edərsə, əlaqədar orqanlara yönləndirə bilərlər. Səhiyyə Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
Xəbər lenti
-
17:21DTX rəisini 200 min dollar rüşvətdə ittiham edən sabiq bələdiyyə sədri ''Bandotdel''ə çağırılıb
-
10:58Rusiya Müdafiə Nazirliyi 50 min erməni qaçqının Qarabağa qayıtdığını açıqlayıb
-
10:56Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü
-
18:39Ağdamın Xıdırlı kəndindən görüntülər
-
18:38"Dağlıq Qarabağın statusu məsələsi gələcəyə saxlanılıb"
-
18:35Bakıda süpürgəçi qadını avtomobil vurub
-
18:33Müdafiə Nazirliyi həlak olan və itkin düşənlərin yeni siyahısını yaydı
-
18:29Oqtay Gülalıyevin xanımı həkimlərlə bağlı Baş prokurora müraciət etdi
-
18:27Navalnıya 30 sutka həbs cəzası verildi
-
17:29"Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar" - Əli Həsənov həbs xəbəri haqda
-
15:36''Prezident deyir şəhidlərin qarşısında baş əyirəm. Bəs Xəzər Aslanov kimdir?'' - Plakatı sökülən şəhidin atası
-
15:02Azərbaycan tezliklə JF-17 qırıcılarını alacaq, Hərbi Hava Qüvvələrini xeyli gücləndirəcək - 21 BELƏ QIRICI-BOMBARDMANÇI ALMAQ PLANLAŞDIRILIR...
-
13:48Oqtay Şirəliyev, Ramin Bayramlı və Zaur Əliyev peyvənd olundular
-
11:44Övladı xərçəng olan jurnalist Mehriban Əliyevadan kömək istədi - ''Nuray ölümlə üz-üzədir...''
-
11:20Rusiyaya qayıdan Aleksey Navalnı hava limanında saxlanılıb
-
11:192 gün əvvəl tərxis olunan könüllü əsgər vəfat etdi
-
11:18Cəlilabadda “Niva” aşdı - 2 ölü, 1 yaralı
-
11:17İcra başçısı müavinini vəzifədən azad etdi
-
11:15Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü
-
01:27Həbsdəki jurnalist nazirin öz anasına qanunsuz pensiya təyin etdirməsini yazdı
-
22:51"Biz ora gedib, onlarla birlikdə yaşaya bilərikmi?
-
22:42İlham Əliyev: Açıq deməliyəm ki, ermənilər büstləri Heydər Əliyevə pulla satdılar
-
22:37“Doğma, sevimli, əvəzolunmaz Şuşa...” - Mehriban Əliyeva
-
22:35Prezident “Şuşi” adını görüb əsəbiləşdi
-
22:20Prezidentlə ailəsinin səfərdən görüntülər
-
12:17Prezident Şuşaya getdi
-
16:16Vüqar Səfərli ilə birgə həbs edilən kimdir?
-
15:32Vüqar Səfərli həbs edildi
-
15:0613 -cü ”zon”da müəammalı məhbus ölümü - İŞGƏNCƏ İDDİALARINI PENİTENSİAR XİDMƏT TƏKZİB EDİR
-
14:59Şuşada yol qəzası - 1 hərbçi öldü, 2-si yaralandı
-
14:57Dünən şəhid olan hərbçimiz dəfn edildi
-
14:56Xocalı yol idarəsinin əməkdaşı minaya düşdü
-
14:53Həbs edilən daha bir icra başçısının oğluna yeni vəzifə verildi
-
14:35Əli Kərimli: Azərbaycan xalqı mənim biznesimin olmadığını bilir
-
14:31Mübariz Mənsimov: Mənə heç kəs FETÖ damğası vura bilməz
-
14:29AXCP üzvünün ərizəsi təmin olunmayıb
-
23:28Əli Həsənov ailəsinə məxsus 6 şirkət ləğv olunmasını təsdiqlədi
-
12:17İlham Əliyev, Putin və Paşinyan bəyanat imzaladı - Tam mətn
-
12:14Vilyam Hacıyevin oğluna yeni vəzifə verildi
-
12:12Qobustandakı zavodda partlayış oldu, fəhlə öldü
18 Yanvar 2021
16 Yanvar 2021
15 Yanvar 2021
14 Yanvar 2021
13 Yanvar 2021
12 Yanvar 2021
Digər xəbərlər
-
Foto, Cəmiyyət
Ağdamın Xıdırlı kəndindən görüntülər
-
Foto, Cəmiyyət
''Prezident deyir şəhidlərin qarşısında baş əyirəm. Bəs Xəzər Aslanov kimdir?'' - Plakatı sökülən şəhidin atası
-
Manşet, Foto, Cəmiyyət
Azərbaycan tezliklə JF-17 qırıcılarını alacaq, Hərbi Hava Qüvvələrini xeyli gücləndirəcək - 21 BELƏ QIRICI-BOMBARDMANÇI ALMAQ PLANLAŞDIRILIR...
-
Foto, Cəmiyyət
Oqtay Şirəliyev, Ramin Bayramlı və Zaur Əliyev peyvənd olundular
-
Manşet, Foto, Cəmiyyət
İlham Əliyev: Açıq deməliyəm ki, ermənilər büstləri Heydər Əliyevə pulla satdılar
-
Foto, Cəmiyyət
“Doğma, sevimli, əvəzolunmaz Şuşa...” - Mehriban Əliyeva
-
Foto, Cəmiyyət
Prezidentlə ailəsinin səfərdən görüntülər
-
Foto, Cəmiyyət
İlham Əliyev Moskvadadır
-
Foto, Cəmiyyət
''''Şuşanın körpə qartalı'' adını verərək cənazəsini təhvil vermişdilər''