''Özümü yandıracam, amma müstəntiqə tabe olmayacam'' - Milyonluq cinayətə ailənin xanımları da cəlb edilir

18 May 2018, 17:38
18 May
2018
17:38
471365
Загрузка...
''Əgər ermənilər Ucarı işğal etməklə, və ya "bandotdelin" müstəntiqi Hacı Əfəndiyev qapıma gəlib məni əsir götürmək, həbs etmək istəsə özümü də, iki körpə balamı da benzin töküb yandıracağam''. Bu sözləri Criminal.az saytına atası və qardaşı zavod direktorunun milyonlarla pulunu taplamaqda təqsirləndirilərək cəzalandırılan şəxslərin ailə üzvü Dilarə Abdulava deyib.

Çingiz Abdulov
D.Abdulova qeyd edib ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) baş müstəntiqi Hacı Əfəndiyevin onun ailəsinə qarşı törətdiyi qanunsuz hərkətlərə son qoyulmalıdır. ''Saxta axtarış sənədi ilə həbs olunmağım barədə verdiyi göstərişin qarşısı dərhal alınmalıdır. Hacı Əfəndiyevin icraatına verilmiş cinayət işi üzrə törətdiyi qanun pozuntularına görə barəsində 25.01.2016-də Nərimanov Rayon Məhkəməsinin xüsusi qərarının olmasına baxmayaraq bu polis müstəntiqi qardaşım Loğman Abdullayev barəsində 18 il həbs cəzasının verilməsi barədə ittiham aktı tərtib edib. Hazırda qardaşım Loğman 15 il müddətinə azadlıqdan məhrum edilib.
Zərəçəkmiş sürücü Tofiq Zülfüqarovun 2015-ci il iyun ayında verdiyi şikayət əsasında qardaşım Loğmandan sonra sifariş əsasında Qazaxıstanda yaşayan və Heydər Əliyev Fondunun ağsaqqallar şurasının üzvü olan atam Çingiz Abdullayev də hadisədən 2 il sonra müstəntiq Hacı Əfəndiyevin vəsatəti əsasında həbs edilərək 12 il azadlıqdan məhrum edilib. Halbuki, atamın iş üzrə zərərçəkən sürücü Tofiqə məxsus 3.4 milyon dollar pulunun dələduzluqla ələ keçirilməsindən ümumiyyətlə xəbəri olmayıb. Anam Ruqiyyə Abdullayevə mətbuat vasitəsilə dövlət başçısına və digər aidiyyatı orqan rəhbərlərinə müraciət edərək 01 may 2015-ci il tarixdə baş vermiş cinayət hadisəsi zamanı işdə "zərəçəkən” kimi tanınmış Tofiq Zülfüqarovun şəxsi təşəbbüsüilə evində saxladığı və müdiri Efim Mixayloviçə məxsus 3.4 milyon dollar pulun oğurlanmasını necə təşkil etməsini detalları və xronologiyasıilə məntiqli izahını verərək Tofiqin məsuliyyətə cəlb olunması barədə əlaqədar təşkilatlara müraciət edib.
Buna görə hadisədən 3 il keçməsinə baxmayaraq Hacı Əfəndiyev rəsmi müraciətə dərhal reaksiya verərək atamın vəkilinə zəng edərək anamı yazdığı şikayətə görə həbs edəcəyini və vəkilin də ona vəkillik edəcəyini xatırladıb. Hələ bu bəs etməmiş kimi Əfəndiyev Hacı 10 may 2018-ci ildə Ucar Polis İdarəsinə tapşırıq verib ki, Loğmanın bacısı olaraq məni də yaşadığım evimdə dərhal həbs edib Bakıya - ''bandotdel''in təcridxanasına gətirsin''.

Tofiq Zülfüqarov
D.Abdulova iddia edir ki, bütün kən cammatı polisin ona qarşı özbaşınalığından hiddətlənib: ''Həqiətən günorta saatlarında Ucar polisindən bir neçə polis əməkdaş yaşadığım evə gələrək əllərində atam Çingiz Abdullayevin axtarışa verilməsi barədə sənədi təqdim edərək guya mənim də axtarışa verildiyimdən həbs edilərək Bakıya aparılmağımı bildirdilər. Mən bu saxta sənədə etiraz etdim. Polislər mənə xəbərdarlıq etdilər ki, o zaman özün təcili olaraq baş müstəntiqi Əfəndiyev Hacının yanına getməlisən. Bildirdim ki, niyə müstəntiq 36 aydan sonra mənim barəmdə saxta axtarış tərtib edir. Axı 2015-də qardaşım Loğman da, atam Çingiz də həbs edilib, barələrində hökmlər çıxarılıb. Bu nə qisasçılıqdır? Mən indi nəyə görə iki körpə uşağı qoyub "bandotdelin” həbsxanasına getməliyəm? Nə var nə var anam sürücü Tofiq Zülfüqarovu ifşa edən müraciəti dövlətin başçısına göndərib. Mən niyə ailənin bir üzvü kimi cəzalanmalıyam?
Ucar RPİ-nin əməkdaşları yenə mənə zəng edib Bakıya getməli olduğumu xatırlatdılar. Mən də onlara xatırlatdım ki, özümə benzin töküb yandıracağam, amma müstəntiq Hacı Əfəndiyevin özbaşnalığına tabe olmayacağam.
Mayın 11-də bütün kənd cammatı – qonşularımız, yaxınlarımız, qohumlarımızın hamısı polis özbaşnalığından hiddətləniblər. Onlar sona qədər məni müdafiə edəcəklərini bildiriblər. Başa düşə bilmirəm ki, "bandotdelin” müstəntiqi Hacı niyə bu qədər sürücü T.Zülfüqarovdan ötrü dəridən-qabıqdan çıxır.? Məgər bu müstəntiqin anası, bacısı, arvadı yoxdurmu ki, o mənə qarşı dövlətin adından çıxış edərək belə aqressiv göstəriş verir? Bu adam müsəlman deyilmi? Bu adamın polis etikasından xəbəri varmı? Mentalitetin nə olduğunu bilirmi?''.

Loğman Abdulov
''Bandotdelin müstəntiqləri Əfəndiyev və Quliyevin qanunsuz hərəkətləri barədə Nərimanov Rayom Məhkəməsi 3 dəfə qərar çıxararaq Loğman Abdullayevin qanunsuz olaraq BMCMİ-də saxlanması, Əfəndiyev Hacı barəsində xüsusi qərarın çıxarılması və İŞ-nin rəis müavini Quliyev Muradın hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərarlar qəbul edilərək Baş Prokurorluğa və DİN-nin rəhbərliyinə göndərilib. Amma yenə bu polislər məhkəmə qərarlarından nəticə çıxarmaq əvəzinə 36 aydan sonra məhkum olunmuş ata və oğuldan susmaları üçün özbaşnalıq edir, ailəmizin digər üzvlərini də ən amansız formada cəzalandırmaq istəyirlər. Təki biz susaq. Elə qardaşım da istintaq zamanı aldığı fiziki əzablara görə qanı tökülmüş, sağ diz qapağı sındırlıb, nəticədə əlil olub. Yenə də bu bəs etmədiyi kimi indi də Loğmanın bacılarını və anasını həbsə atdırmaq üçün səlahiyyət həddini aşır. Polis müstəntiqi Hacı Əfəndiyevə xatırlatmaq istəyirəm ki, 1937-də Bakıda NKVD-nin erməni rəhbərləri Subat Topurudze, Mirzoyan hətta azərbaycanlı ziyalılara zindanlarda min bir əzab verəndə onların arvad-uşaqlarıilə işləri olmayıb''.

Loğman Abdulov
Hacı Əfəndiyev Criminal.az saytına açıqlamasında bildirdi ki, BMCMİ-də cinayət işi var və 9 nəfər məsuliyətə cəlb edilib. Onların içərisində Dilarə Abdulovanın atası və qardaşı da var. Bu gün onlar istintaqa gəlib barələrindəki cinayət işi ilə bağlı ifadə vermək əvəzinə mətbuata ağzına gələnləri danışırlar.
Müstəntiqin sözlərinə görə, D.Abdulovanın adı da məhz həmin cinayət işində keçir: ''Zəhmət çəkib ifadə versinlər. Özlərinin də həmin işdə birbaşa əlaqələri və iştirakı var. Anası Ruqiyə Abdulovadan isə ayrıca şikayəti var, ona görə dəvət olunur. Onların qardaşı və atasının məhkum olunduğu həmin cinayət işində zərərçəkmiş Tofiq Zülfüqarovun Ruqiyə Abdulovadan şikayəti var. Həmin ailə anası başqa olmaqla zərərçəkmiş şəxsə hədə-qorxu gəlirlər, şantaj edirlər. Tofiq Zülfüqarovun ünvanına məktublar göndərirlər ki, gedib apellyasiya instansiyasında şikayətini geri götürsün, buna görə ona hədə-qorxu gəlirlər''.






Загрузка...
Xəbər lenti
-
14:31İcra başçısını tənqid edən keçmiş məmur intihar edib
-
05:00Ziya Bünyadovun oğlu vəfat etd
-
10:52“Relax”dakı davada nazirliyin bu əməkdaşları döyülüb
-
10:46Moskvada minik avtomobili metro stansiyasının vestibülünə çırpıldı
-
10:41Beynəlxalq təşkilatlar Azərbaycan Vəkillər Kollegiyasına məktub göndərib
-
10:40Elmar Vəliyev istintaqa ifadə verməkdən imtina edib
-
01:12Yevda Abramov vəfat etdi
-
12:56Paşinyanın xanımı Mehriban Əliyevanı Qarabağa dəvət etdi və hədələdi
-
12:35Радио имени Чингиза Мустафаева выставлено на продажу
-
12:24Londonda maşınla vurulub ölən milyarderlə bağlı müəmma - QƏSD ŞÜBHƏSİ VAR, POLİS ŞAHİDLƏRİ AXTARIR...
-
12:22Xanımı: Oktay Gülalıyevin səhhətində yaxşılığa doğru dəyişiklik yoxdur
-
00:23Professor oğlunun cinayəti: yalanı ifşa edən xüsusi aparat, rüşvət... - TƏFƏRRÜAT
-
17:07Türkiyədə azərbaycanlılardan ibarət oğru dəstəsi yaxalandı
-
17:05Vilayət Quliyev keçmiş naziri "oğurluqda, çapovulçuluqda" ittiham etdi "ƏLİ MADDİ ÇAX-ÇUXDAN ÇIXAN KEÇMİŞ HƏMKARIM..."
-
17:03“İl ərzində 46 hərbi qulluqçu ölüb”
-
17:01AİHM Rafiq Tağının işi üzrə qərarı elan edib
-
17:00Bakıda sürücü ambulansa yol vermədi
-
16:58Yeni parlament seçkilərinin vaxtı bilindi
-
16:56Yasamalda şirkətdən 85 minlik domofon apardılar
-
16:54“Bıçağı boynuma dirəyib 4 milyonluq sənəd imzalatdı” - Etimad İsmayılovun qatili
-
16:49Hərbi qulluqçumuz vəfat etdi
-
16:48“Ədalət adlı polis saqqalımı əlləri ilə yolur, alışqanla kürəyimə od vururdu”
-
16:46“Qızımın səhhəti ağır olduğundan 2 ildir məktəbə gedə bilmir”
-
16:35Azərbaycan ziyalılarının həyatı Suryalı qaçqınlarından bu qədərmi dəyərsiz oldu?
-
16:21Deputat oğlunun həbs müddəti uzadıldı
-
11:43Mədət Quliyev generalı özünə müşavir təyin etdi
-
15:30Prezident deputatı icra başçısı təyin etdi
-
15:24Hüseyn Abdullayev məhkəməsində şer dedi: "Yalançının metal girsin gözünə..."
-
14:49Gəncə sakini: Elmar Vəliyev torpağımı 6 adama satıb
-
14:45Saatlıda qatarla minik avtomobili toqquşub - ÖLƏNLƏR VAR
-
14:29Milli Məclisin buraxılmasına razılıq verildi
-
14:2717 yaşlı oğlan tanışına 11 bıçaq zərbəsi vurdu
-
13:55BDU-nun tələbəsinin yataqxanada faciəli ölümü: səbəb qida deyil, zəhərdir - QOŞQAR TƏHMƏZLİ AÇIQLADI
-
12:16Milli Məclisin taleyini həll edən iclas başladı
-
12:09Ehsan Zahidov: "O, tutulduğu andaca tərətdiyi cinayəti tam səmimi etiraf etmişdisə..."
-
11:55Kassirin başını qatıb pulu apardılar
-
19:04"Bəzi məmurların obrazı üzərindən dövlət vurulur"
-
18:56Uşaq oyuncaqlarının içindən narkotik çıxdı
-
18:30Arif Rəhimzadə Əli Həsənovu müdafiə etdi
-
18:17Nazir idarə rəisini işdən çıxardı
07 Dekabr 2019
06 Dekabr 2019
05 Dekabr 2019
04 Dekabr 2019
03 Dekabr 2019
Digər xəbərlər
-
Manşet, Foto, Cəmiyyət
"Qardaşım polislərin verdiyi işgəncədən dünyasını dəyişdi..." - Müəmmalı ölümlə bağlı sensasion iddia
-
Manşet, Foto, Cəmiyyət
"FHN-in hərbi hissəsində əsgərlər döyülür, ayaqqabı şotkasıyla yer süpürdülür"
-
Sənəd, Manşet, Foto, Cəmiyyət
"Zakir Həsənov Azərbaycan xalqına deyil, yalnız öz qohum-əqrabasına xidmət edir" - POLKOVNİKDƏN PREZİDENTƏ SENSASİON MƏKTUB
-
Manşet, Foto, Cəmiyyət
Deputat oğlu model xanıma 50 min dollar verib foto çəkdirib
-
Manşet, Foto, Cəmiyyət
Voleybol klubunun direktoru: “Cavid Qurbanovu aldadırlar, ona yalan məlumatlar ötürülür”
-
Manşet, Foto, Cəmiyyət
Ərinin azadlığı üçün həbsxanaya 27 min göndərən müəllim: "Bir ay əvvəl pulumu, bu gün isə yoldaşımın meyidini özümə verdilər"
-
Manşet, Foto, Cəmiyyət
Əli Həsənovun Vəzirova məktubu: "Bu məqsədə çatmaq üçün biz bütün öz gücümüzü, enerjimizi..."
-
Manşet, Foto, Cəmiyyət
General oğlu: "Əgər xalqa və dövlətə şərəflə xidmət edəcəyinə and içmiş polis ağsaqqalı başıaşağa aparırsa..."
-
Sənəd, Manşet, Foto, Cəmiyyət
YAP-ın rəhbər şəxsi arvadını evdən qovub: "Deyir ki, prezidentin köməkçisi Əli Həsənovla dostam, ona Xızıda villa tikdirirəm..."