Xanlar Vəliyev: “Bəzi hərbçilərin 2-ci Qarabağ müharibəsində səriştəsizliyinə görə cinayət işləri başlayıb”

Xanlar Vəliyev: “Bəzi hərbçilərin 2-ci Qarabağ müharibəsində səriştəsizliyinə görə cinayət işləri başlayıb”
 "Bəzi hərbçilərin İkinci Qarabağ müharibəsi zamanı səriştəsizliyinə görə cinayət işləri başlanılıb”, - Baş prokurorun müavini, Azərbaycanın baş hərbi prokuroru Xanlar Vəliyev jurnalistlərə açıqlamasında belə deyib.
Onun sözlərinə görə, II Qarabağ müharibəsində əsgər və zabitlərimiz arasında fərarilik edən kimsə olmayıb və bu, əslində millətin ruhundan xəbər verir.
Xanlar Vəliyev onu da deyib ki, 2020-ci ildə Vətən müharibəsində "bir sıra hallarda müəyyən qeydə almalar” düzgün şəkildə icra olunmamışdı. Bu səbəbdən İkinci Qarabağ müharibəsində şəhid olanların şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı Hərbi Prokurorluq Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, həmçinin Daxili Qoşunların əməkdaşlarının iştirakı ilə çox saylı işlər aparılıb.
"3000-ə yaxın şəhidin şəxsiyyətini müəyyənləşdirmək, eskpertizalarını aparmaq lazım idi. Onların böyük əksəriyyətinin kim olduğu bilinmirdi. Bir qismi elə xəsarətlər almışdı ki, tanınmaz hala düşmüşdü. Bununla bağlı çox böyük işlər gedib. Çox az qism şəhid qalıb ki, onların da şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı işlər davam edir. Prezident İlham Əliyevin müvafiq tapşırığı ilə bu işə artıq Fövqəladə Hallar Nazirliyi də prosesə cəlb olunub. Bizim borcumuzdur ki, onların meyitlərinin harada olduğunu müəyyən edək və sonra da kimliklərini müəyyən edərək yaxınlarına təhvil verə bilək”, - X.Vəliyev əlavə edib.

Xəbər lenti