Xanım Qarabağ qazisi yeni nazirdən prezidentə şikayət etdi: "Söz verdi, sonra cavab gəldi ki, imkanımız yoxdur" Xanım Qarabağ qazisi yeni nazirdən prezidentə şikayət etdi:

Xanım Qarabağ qazisi yeni nazirdən prezidentə şikayət etdi:
Загрузка...
Sağlamlığını Qarabağ döyüşlərində itirən xanım qazi köməklik istəyir. Bakının Binəqədi qəsəbəsi, korpus 18, Mədən -1, ev 215-də kirayədə yaşayan 1-ci qrup Qarabağ Müharibəsi əlili Sevgili Rəsulova Məştağa qəsəbəsində aldığı 0.03 ha torpaq sahəsində 2 otaqlı fərdi yaşayış evinin tikilməsi üçün lazım olan inşaat materiallarıilə təmin edilməsinə köməklik göstərilməsi üçün ölkə başçısı İlham əliyev və dövlət qurumlarının rəhbərlərinə müraciət edib: 

"Cənab prezident! 1990-ci ildən Ağdam rayonunda "20 Yanvar” könüllü özünümüdafiə batalyonunun yaradılmasında iştirak edərək Xocalı, Ağdərə, Laçın rayonlarının müdafiəsində döyüşmüşəm. Döyüşlərdə 3 dəfə ağır yaralanmışam. Sağlamlıq vəziyyətim çox ağır olduğundan Heydər Əliyevin tapşırığı ilə Türkiyənin "Gülhanə” Əsgəri Hospitalında 1 il 6 ay müalicə olunmuşam. 1994-cü ildə isə müalicəmi davam etdirmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu-York ştatına aparılmış və 2 aydan çox müalicə olunmuşam. 8 il əlil arabasında gəzmişəm, 2013-cü ildə Almaniyada müalicə olunduqdan sonra əlil arabasından nəhayət ki, ayağa qalxmağı bacarmışam. Hal-hazırda da sağlamlığımın tam bərpası üçün müalicə reabilitasiya tədbirlərini davam etdirirəm. 

2013-cü ildə sağlamlığımda yenidən ağır problemlər yarandığından (onkoloji xəstəliyə qarşı) müalicəm üçün Mingəçevirdə yaşadığım mənzilimi, qiymətli əşyalarımın hamısını satıb müalicə və əməliyyata sərf etmişəm. Sağlamlıq vəziyyətimdə yaxşılaşma olsa da, hal-hazırda davamlı müalicəyə və reabilitasiyaya ehtiyacım var. Ona görə də müalicələrimi davam etdirmək və daimi həkim nəzarətində olmaq üçün Bakı şəhərində yaşamaq məcburiyyətində qalmışam. Qohumlarımın maddi yardımı ilə Maştağa qəsəbəsində 3 sot torpaq sahəsi almışam ki, babat bir daxma inşa etdirib içində tək yaşayıb ömrümü başa vurum. Lakin hazırda maddi imkanım olmadığına görə bu arzumu həyata keçirə bilmirəm. Mənə əlilliyə görə 220 manat və Prezident təqaüdü olaraq 182 manat verilir ki, bununla da yalnız kirayə haqqını və minimum qidalanmağımı təmin edirəm. Müalicəmi davam etdirmək üçün ləzım olan dərmanları əldə etməyim imkan xaricindədir. Məsələ ilə bağlı 3 ay əvvəl əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin qəbulunda oldum. Sağ olsun birinci məni qəbul etdi, dinlədi və söz verdi ki, əlimdən gələni edəcəyəm ki, bu probleminiz həll olsun. Çox təəssüflər olsun ki, nazirlikdən aldığım cavabda qeyd edilir ki, probleminizi həll etməyə imkanımız yoxdur. Eyni cavabı Fövqəladə Hallar Nazirliyi də vermişdir. Ona görə də məcbur olub Sizə müraciət edirəm.  

Cənab Ali Baş Komandan! Dəfələrlə bu barədə yuxarı direktiv orqanlara teleqram və ərizə ilə etdiyim müraciətlərə çox təəssüflər olsun ki, formal və başdansovudu cavablar verilir. Mən inanıram ki, müraciətim Sizə şəxsən çatarsa məmuniyyətlə mənə köməklik göstərilməsi barədə göstəriş verərdiniz. Balaca bir mənzil tikintisinə lazım olan inşaat materiallarının alınıb mənə verilməsi üçün köməklik göstərəsiniz". 




Загрузка...
Загрузка...

Xəbər lenti