Xanım jurnalistin həmkarına qarşı şantajla bağlı şikayəti rədd edildi

Xanım jurnalistin həmkarına qarşı şantajla bağlı şikayəti rədd edildi
Загрузка...
Bir neçə ay bundan əvvəl "Sputnik” informasıya agentliyində muxbir işləyən, jurnalist İradə Cəlil Baş prokurorluq və Daxli İşlər nazirliyinə muraciət edərək, sosial şəbəkələrdə ona qarşı təhdid və şantaj olunduğunu bildirmişdir.
O, muraciətində bunları bildirib: "Bir ilə yaxındır ki, şəxsi həyatım və işimlə bağlı təhdid və şantaj dolu mesajlar alırdım. Həmin şəxslərin kim olduqlarını ehtimal edirəm. Bu barədə hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Nəticə olduqdan sonra bu haqda geniş məlumat verəcəm”. Sozcu.az daxil olan məlumata görə jurnalist huquq-muhafizə orqanlarına şantaj olunması ilə bağlı keçmiş iş yoldaşı Tural Məmmədov (Tural Agatlı kimi tanınan ) və "Azerbaycanrealligi.com” saytının baş redaktoru Dəyanət Babayevin adlarını verib.
Bakı Şəhər Baş Polis İdarəsində və Nərimanov prokurorluğunda iddia ilə bağlı araşdırma başlanılıb və İradə Cəlilin şikayətində adları çəkilən hər iki şəxs, Dəyanət Babayev və Tural Məmmədov Bakı Şəhər Baş Polis İdarəsi və Nərimanov prokurorluğuna çagrılaraq, izahatları alnıb.
Əldə etdiyimiz məlumata görə, baş vermiş xoşagəlməz halla baglı keçən həftə iki qurumun birgə qərarı olub. Qərara əsasən, xanım jurnalistin adını çəkildiyi jurnalist həmkarlarının onu şantaj etməsi barədə verdiyi şikayət həqiqətə uygun olmayıb. Yetərli falktların olmadığı üçün xanım jurnalistin şikayəti rədd edilib.
 Tural Məmmədov məsələ ilə bağlı qısa olaraq bunları deyib: "Bizim üçün vacib məsələ dövlət və vətən məsələsidr. Bu cür xırda məsələlərə münasibət bildirmək istəmirəm, boş şeydir”.
Загрузка...
Загрузка...

Xəbər lenti