Azərbaycanda ölülər də radara düşür - Xanım jurnalistə polisdən şok məktub Azərbaycanda ölülər də radara düşür - Xanım jurnalistə polisdən şok məktub

Azərbaycanda ölülər də radara düşür - Xanım jurnalistə polisdən şok məktub
Загрузка...
"Məsuliyyəti kim daşıyacaq? Mənim 4 il bundan əvvəl dünyaslnı dəyişmiş yoldaşım?" 
Xanım jurnalist yol polisini ittiham etdi. Xəzər televiziyasının redaktoru Zakirə Zakirqızı Criminal.az saytına bildirib ki, fevralın 19-da mərhum həyat yoldaşı Elxan Mirzəquluzədənin adına Baş Dövlət Yol Polisi İdarəsindən məktub gəlib:
"Guya bu ilin fevral ayının 1-də Salyan yolunda sürət həddini aşdığına görə radara radara düşüb. Sonra da idarə etdiyi Nissan Patrol maşını texniki baxışdan keçmədiyi üçün üstəlik 50 manat da cərimələnib. DYP-nin başbilənlərinə deyim ki, mənim yoldaşım 4 ildir rəhmətə gedib və bizim heç vaxt Nissan Patrol maşınımız olmayıb. Hətta öz adına belə kiminçüsə alsaydı xəbərim olardı. İndi məni bir məsələ düşündürür: birdən bu maşın kimisə vurub, öldürdü... Məsuliyyəti kim daşıyacaq? Mənim 4 il bundan əvvəl dünyaslnı dəyişmiş yoldaşım?"
Məsələ ilə bağlı Bakı Şəhər Yol Polis İdarəsindən məlumat almaq mümkün olmadı.


Загрузка...
Загрузка...

Xəbər lenti