Xanım diplomat və həyat yoldaşı BMT-nin qərargahının yaxınlığında mənzil alıb. Xanım diplomat və həyat yoldaşı BMT-nin qərargahının yaxınlığında mənzil alıb.

Xanım diplomat və həyat yoldaşı BMT-nin qərargahının yaxınlığında mənzil alıb.
Загрузка...
Üç il bundan əvvəl İsveçrəyə səfir təyin olunan Xanım İbrahimova həmin ölkənin rəhbərliyinə hədiyyə kimi göndərilən çox bahalı bir xalçanı satıb. Onun yerinə isə saxta xalça alıb hədiyyə edib. İddialara görə keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin cəzalandırılmasının bir səbəbi də bu olub. Hərçənd bu səbəb kimi inandırıcı görünmür, çünki bu məsələyə görə xanım diplomat hələ ki cəzalandırılmayıb və işindədir. Amma söhbət 500 min avro dəyərində xalçadan gedir. Olsun 100 min, 50 min, 10 min! 

Maraqlıdır ki, bu iddialar Xanım İbrahimova ilə bağlı indi sizə təqdim edəcəyim məlumatla üst-üstə düşür. Jurnalist Cavanşir Həsənlinin araşdırmasına görə, xanım diplomat və həyat yoldaşı Aydın Hüseynov hələ 4 il əvvəl Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahının lap yaxnlığında 320 EAST 46TH ST #4E ünvanında COLON JUAN HANSFORD TANISHA adlı cütlükdən dəyəri 165.000 dollar olan 73,6 kvadratmetrlik (793 ft kvadrat) ikiotaqlı mənzil alıb. Mənzil üçün 2016-ci il yanvarın 14-də həmin məbləğ ödənilib. Əmlak kodu 0910_22_1.01_C0213 olan mənzilin illik vergisi 5,459.78 təşkil edir. 

SƏFİRİN HƏYAT YOLDAŞINDAN CAVAB
Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimovanın həyat yoldaşı Aydın Hüseynov Nyu-Yorkda 165 min dollara aldıqları mənzillə bağlı C.Həsənlinin yaydığı məlumata messenger üzərindən cavab yazıb. O qeyd edib ki, diplomat xanımının və özünün adına aldıqları mənzil şəxsi məsələdir: "Doğru məlumata sahib olduğunuzu hesab etmirəm. Bəli, bu şəxsi məsələdir. Uzun illərdir Wall Street-də işləyirəm və həqiqətən Nyu-Yorkda və digər ünvanlarda mənim və həyat yoldaşımın əmlak satın almışam".
Cənab Hüseynov bunu özü ilə bağlı göndərdiyi məlumatlarla izah edib. Məlumatlarda Aydın Hüseynovun The Benchmark Company, LLC biotexnoloji şirkətində icraçı direktor, bundan əvvəl isə Oppenheimer Co. Inc. şirkətində maliyyəçi analitik kimi çalışdığı qeyd olunur. 











Xəbər lenti