Xalqa "az ye" deyən Mirələmovun nazirlə şərik şirkətinin Azərbaycanda filialı var Xalqa Xalqa

Xalqa
Загрузка...
Yeni Azərbaycan Partiyasının 75 yaşlı deputatlığa namizədi Hüseynbala Mirələmovun nazirlə offşor şirkətinin Azərbaycanda da filialı var. Jurnalist Cavanşir Həsənlinin araşdırmasına görə, H.Mirələmov 16 ildir Panamada offşor şirkət idarə edir. Hüseynbala Mirələmov və mədəniyyət naziri Əbülfəz Qarayevin Panamada fəaliyyət göstərən RİMBA S.A. şirkətinin Azərbaycanda filialının olması üzə çıxıb. 

Offşor şirkətin filialı 2005-ci il fevralın 9-da Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində qeydiyyatdan keçib. Hüquqi ünvanı ŞƏHƏRİ SƏBAİL RAYONU, ƏHƏD YAQUBOV, ev 83-dür. 

Filialın qanuni təmsilçisi Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının aparat rəhbəri və hakim partiyanın seçkilərdə səlahiyyətli nümayəndəsi Mayıl Qəşəm oğlu Kərimovdur. Nazirlə deputatın şərikli şirkəti - RİMBA S.A. 2004-cü il fevralın 20-də Panamada 448783 saylı lisenziya ilə qeydiyyatdan keçib. Şirkət tipi anonim cəmiyyətdir. 

Criminal.az saytı xatırladır ki, ölkə mətbuatında Bakının məşhur "1001 gecə" istirahət mərkəzininin də Hüseynbala Mirələmova məxsus olması ilə bağlı müxtəlif yazılar dərc olunub. Deputatlığa namizəd isə biznesini olmasını gizlətməyib və "indi mən deputatam deyə mənim nəslimdən olanlar bizneslə məşğul ola bilməz?"-deyə açıqlamalar da verib.
 
Bundan başqa H.Mirələmov xalqa xitabən dedikləri ilə də yadda qalıb: "Ayağını yorğanına görə uzat. Azdırsa, az ye, çoxdursa, çox ye. Adamlar var ki, ət, balıq, çörək yemir ki, formada qalsın. Demək istəyirəm ki, çox yemək insanı tez qocaldır. Az yemək lazımdır”.

Xəbər lenti