Xaçmaz sakini koronavirus şübhəsi ilə polis nəzarətində xüsusi qərargaha göndərildi

Xaçmaz sakini koronavirus şübhəsi ilə polis nəzarətində xüsusi qərargaha göndərildi
Загрузка...
Xaçmaz rayonunda karonavirus şübhəsi olan xəstə aşkar edildi. Criminal.az-a daxil olan məlumata görə, rayonun Qusarçay kənd sakini, 1983-cü il təvəllüdlü Qəhrəmanov Babək Pirəmməd oğlu bu gün koronavirus şübhəsi ilə Xaçmaz rayon Xəstəxanasına gətirilib. Lakin həmin şəxs xəstəxananı özbaşına tərk edib. Polislər onu saxlayaraq Qobustan qəsəbəsində yaradılmış xüsusi qərərgaha aparılıb.
Xəstəxananın baş həkimi Səyyaf Tağıyev Criminal.az-a açıqlamasında bildirdi ki, B.Qəhrəmanov koronavirus şübhəsi ilə xəstəxanaya gəlib. Gələrkən 37.5 qızdırması olub. Baş həkimin sözlərinə görə, həmin şəxs artıq Qobusdandakı xüsusi qərargaha yola salınıb. 
S.Tağıyev əlavə edib ki, virus şübhəsi olan şəxs İran və ya həmin ölkəyə yaxın əraziyə gediş-gəlişi olub. 
Xatırladaq ki, artıq koronavirus İranda geniş yayılıb. Azərbaycanla həmin ölkə arasında sərhəd bağlanıb. Səhiyyə Nazirliyi Azərbaycanda koronavirus qeydə alınmadını deyir. 

Xəbər lenti