"Vurulmuş" məşhur general yenidən yüksək vəzifəyə gətirildi

Загрузка...
Sabiq vergilər naziri Fazil Məmmədovun bir müddət əvvəl vergi sistemindən uzaqlaşdırılan kadrlarından biri yüksək vəzifəyə təyin olunub. Criminal.az-a daxil olan məlumata görə, vergilər nazirinin müşaviri olmuş, Vergi Auditi Departamentinin sabiq rəisi Habil Məmmədov Əmanətlərin Sığortalanması Fondu sədrinin müşaviri təyin olunub.
3-cü dərəcəli dövlət vergi xidməti müşaviri olan H.Məmmədov 2017-ci ilin dekabrında prezident tərəfindən vəzifəsindən uzaqlaşdırılan sabiq vergilər naziri Fazil Məmmədova yaxın kadrlardan biri hesab olunurdu. 1995-ci ildən vergi orqanlarında çalışan və Vergi Auditi Departamentinin rəisi, Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin baş direktoru və nazirin müşaviri kimi mühüm postlar tutan Habil Məmmədovun Fazil Məmmədovun ardınca dərhal işdən azad ediləcəyini gözləyənlər çox olsa da, yeni nazir Mikayıl Cabbarov gözlənilənin əksinə olaraq, xeyli müddət onun təcrübəsindən istifadə etmişdi. Bununla yanaşı, bəzi mətbu orqanlarda sözügedən vergi generalının adı Vergilər Nazirliyindəki neqativ hallarla əlaqədar çəkilirdi. Lakin bir çox mütəxəssislər və vergi işçiləri onu vergi sisteminin təkmilləşdirilməsində və nizam-intizam yaradılmasında xidmətləri olan savadlı və təcrübəli kadr kimi tanıdıqlarını bildirirlər.
Bundan başqa, generalın qohumu Bakıda ''Porsche''ni qonşusunun üstünə sürərək onu ölümlə hədələməsi ilə də gündəmə gəlmişdi. Ötən il Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində yerləşən çoxmərtəbəli binanın zirzəmisindəki qarajda, həmin ünvanda yaşayan Orxan Əhədovla Rəşad Məmmədov arasında münaqişə baş verib. Rəşad qaraşda ona salam verməyib. Bu hərəkəti özünə hörmətsizlik kimi qəbul edən Orxan qarajda onunla dalaşıb, sonra da ''səni tapdalayaram'' deyərək maşınının sükanı arxasına keçib. ''Porsche'' markalı avtomobilini işə salaraq Rəşadın üstünə sürüb.
O.Əhədov vergilər naziri Fazil Məmmədovun müşaviri - Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisi vəzifəsinin müvəqqəti icra edən Habil Məmmədovun qaynıdır.
O.Əhədov xuliqanlıq hərəkəti etməklə yanaşı, hadisədən sonra polisə qarşı da saymamazlıq edib, onların  çağırışlarına məhəl qoymayıb. 
Загрузка...
Загрузка...

Xəbər lenti