Vüqar və Mehman Hollandiyaya 161 kq kokain keçirtmək istədi

Vüqar və Mehman Hollandiyaya 161 kq kokain keçirtmək istədi
Загрузка...
Hollandiyanın Harlem şəhərində ölkəyə 161 kq kokain idxal etməkdə günahlandırılan üç kişinin məhkəməsi başlayır. Virtualaz.org "Crimesite" saytına istinadən xəbər verir ki, onlardan ikisi azərbaycanlıdır.
Məlumata görə, 41 yaşlı Vüqar G., 35 yaşlı Mehman M., eləcə də Petrus B. Maastrixt hava limanına narkotik daşımaq istədikləri üçün tutulublar. Cənubi Amerikadan gətirilən çiçəklər arasında külli miqdarda kokain gizlədilib və 2019-cu ilin aprelində ələ keçirilib. Hollandiya hüquq-mühafizə orqanlarının narkotik qaçaqmalçılığını dayandırması bir neçə ay ərzində ikinci dəfə olub.
Bundan əvvəl, 2019-cu ilin yanvar ayında Amsterdam hava limanında çiçək bağlamasında 27 kq kokain aşkar edilib. Yerli hakkmiyyət iyun ayında narkotik qaçaqmalçılığında iştirak etmə şübhəsi ilə 10 adamın həbs olunduğunu açıqlayıb. Həbslər Amsterdamın Almer şəhərində və paytaxtın Sçiphol hava limanının yaxınlığında baş verib. Şübhəlilər Hollandiya, Polşa, Azərbaycan və Latviya vətəndaşları olub.
Qeyd olunur ki, onların arasında Sçiphola mal göndərən logistika şirkətlərindən birinin işçiləri də var. Şirkətin adı qeyd edilmir, ancaq ofisinin Amsterdam hava limanının yaxınlığında yerləşdiyi bildirilib.

Xəbər lenti