Vüqar Səfərlinin işi: Cəmi bir blok üçün beton, armatur verilmişdi

12 Noyabr 2021, 14:32
12 Noyabr
2021
14:32
1519
Jurnalistlərin binasında niyə parketin laminatla əvəzlənməsinə aydınlıq gətirilib
Bakının Səbail rayonu, Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş binalarda layihədə parket nəzərdə tutulsa da, onun əvəzinə laminat, pəncərə altlıqlarında mərmər əvəzinə plastik vurulmasının səbəbinə aydınlıq gətirilib. Binaları inşa edən "Portos” MMC-nin sahə rəisi Namiq Hacıyev noyabrın 11-də məhkəmədə bu barədə danışıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyilə keçirilən məhkəmə iclasında dindirilən Namiq Hacıyev bildirib ki, 2011-ci ildən "Portos” MMC-də işləyir. O, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli və daha 10 nəfər haqqında 20 milyondan artıq mənimsəmə və israfetmə ilə bağlı cinayət işində təqsirləndirilən şəxslərdən biridir. Lakin Namiq Hacıyev özünü qətiyyən təqsirli bilmədiyini deyib:
"Mən verilən layihə, smeta əsasında işimi icra eləmişəm. Mənim vəzifəm işçilərin texniki təhlükəsizliyinin təmin olunması, iş şəraitinin yaxşılaşdırılması, keyfiyyətli tikinti aparılmasına nəzarət və s. idi”.
İstintaqdakı ifadəsini təsdiqləmədiyini deyən Namiq Hacıyevin sözlərinə görə, o ifadədəki bir sıra fikirlər ona aid deyil. Məsələn, istintaqa ifadəsində yazılıb ki, "Portos” MMC-nin əvvəlki direktoru Nadir Məmmədov, ondan sonrakı direktor Ədalət Vəliyevin (onlar da təqsirləndirilən şəxslər arasındadır) göstərişilə təmir zamanı mənzillərə parket əvəzinə laminat döşənib, daha ucuz materiallardan istifadə olunub.
Namiq Hacıyev bildirib ki, istintaqda dindirmədə bu adları çəkməyib. Daha ucuz materiallardan istifadənin səbəbini isə belə izah edib:
"Cəmi bir blok üçün bizə beton, armatur verilmişdi. O biri blok üçün verilməmişdi. Sifarişçiyə bununla əlaqədar məktub göndərildi. Dedilər ki, parketi laminatla əvəz edin, qiymət fərqinə də beton, armatur məsələsini həll eləyin. Pəncərə altlıqlarındakı mərmər məsələsini isə ustalar dedilər ki, mərmər altlıqları yerləşdirəndə çox vaxt sınır, ona görə plastik uyğun oldu. Əvəzində 17 mərtəbənin hamısında liftin kənarlarına mərmər vuruldu. Parça divar kağızlarının əvəzinə kağız oboy vurulması doğru deyil. Elə layihədə də kağız yazılmışdı. Binanın fasadına layihədə nəzərdə tutulandan xeyli çox xərc getdi. Çünki fasadın ölçüsü layihədə 5000 kvadrat az göstərilmişdi. O qədər hissənin təmirinə nə qədər vəsait lazımdır. Tikintidə belə şeylər olur. Audit yoxlamasında mütəxəssislər rəy verərkən bunları nəzərə almayıb. Biz nə qədər dedik, öz bildiklərini yazdılar”.
Vüqar Səfərli və digərləri ilə əlbir olub, binaların tikintisi zamanı milyonlarla vəsaitin yeyintisində iştirakı barədə ittihamları qəbul etməyən Namiq Hacıyev bildirib ki, Səfərlini binanın açılışında görüb, onunla ünsiyyəti olmayıb.
Məhkəmədə "Portos” MMC-nin direktoru olmuş Ədalət Vəliyev də dindirilib. O bildirib ki, sadəcə, adı direktor olub, özünün jurnalistlər üçün tikilən binalardan ümumiyyətlə, xəbəri yoxdur.
Onun sözlərinə görə, heç latın qrafikası ilə oxuyub-yaza da bilmir, ona sənədlər verib, harada imza atmasını istəyiblərsə, o da yerinə yetirib:
"Mən Vüqar Səfərlini ancaq televizorda görmüşəm. Heç nədən xəbərim yoxdur. Nə tenderdə iştirak eləmişəm, nə pul görmüşəm, nə də necə tikildiyini bilirəm. Nə kabinetim olub, nə də maaş almışam. Bir il neçə aysa işləmişəm, cəmi iki ay 501 manatdan maaş almışam. O 1002 manatdan başqa heç nə görməmişəm. Kəmaləddin müəllim vardı, mühasib, gəlirdim, o nə sənədlər verirdisə, qol çəkib gedirdim. Heç bilmirdim nə sənədlərdir”.
Təqsirləndirilən 11 nəfərdən ikisi həbsdədir. Bunlar 2009-2020-ci illərdə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru olmuş Vüqar Səfərli və "Portos” MMC-nin keçmiş direktoru Nadir Məmmədovdur. Ədalət Vəliyev 2017-ci ildə Nadir Məmmədovdan sonra şirkətin direktoru təyin edilib.
Təqsirləndirilən Nadir Məmmədov Ədalət Vəliyevin yalan danışdığını bildirib: "Vicdanın olsun, bu qədər yalan danışma. Sən axı direktor təyin olunmaq üçün azı iki dəfə "ASAN Xidmət”ə, Vergilər Nazirliyinə getməliydin. Kim aparıb səni? Mən 40 il işləmişəm, Qarabağ müharibəsi veteranıyam, bir maşınım yoxdur. Sən özünün də dediyin kimi, sürücü adamsan, cəmi də iki ay maaş almısansa, bəs 32 milyonu istintaq dövründə niyə və hardan ödəmisən? 63 yaşım var, ölürəm burada, Allahın olsun, vicdanla danış…”
Söhbət yeyinti nəticəsində vurulan ziyanın əvəzi olaraq, ödənilən məbləğdən gedir.
Ədalət Vəliyev bildirib ki, 1 milyon vəsait ödənilib, qalan məbləğin əvəzinə daşınmaz əmlak – bina verilib. Lakin o, həmin binanın harada yerləşdiyini, formasını deyə bilməyib. Bu barədə vəkillərin suallarına "bilmirəm” cavabını verib.
Məhkəmə prosesi noyabrın 12-də davam edəcək.
Bu iş üzrə təqsirləndirilən şəxslər arasında jurnalist binalarının keçmiş komendantı Bünyamin İsmayılov, KİVDF-nin mühasibi olmuş Təhminə Yaqubova, "Altun” restoranının direktor müavini Təmkin Xəlilov, bu restoranın inzibatçısı Şahin İbrahimov, "Xəmsə” restoranının icarədarı Bəxtiyar Fətullayev və Valeh Orucov da var. Lakin təqsirləndirilən 11 nəfərdən yalnız ikisi – Vüqar Səfərli və Nadir Məmmədov həbsdədir.
Vüqar Səfərli digər təqsirləndirilən şəxslərlə əlbir olub, 18 milyon 500 min manat dövlət vəsaitini mənimsəməkdə, bundan əlavə, cinayət yoluyla əldə olunmuş 5 milyon 700 min manat pulu leqallaşdırmaqda ittiham olunur.
11 nəfərin heç biri özünü təqsirli bilmir, ittihamda yazılanlarla razılaşmırlar.
Xəbər lenti
-
21:59MTN-də Rüstəm Usubovun həbsinə göstəriş verilibmiş... - ŞOK DETALLAR
-
21:13“Allahı söyənlərə cəza!” şüarına görə saxlanılanlardan daha birinə həbs qərarı
-
21:09Aclıq edən inanclı fəallar: “Taleh Bağırzadə tükənib, Abbas Hüseynov yıxılıb…”
-
21:06DTX Gömrük Komitəsində əməliyyat keçirdi - Vəzifəli şəxslər saxlanıldı
-
21:51Sahib Ələkbərov Mövlam Şıxəliyevi ifşa etdi
-
21:28“Polis dedi ki, siz gedin rəis müavinini “görün”, əlindəki biabırçı görüntüləri yaymasın”
-
21:23Aytən Məmmədova yenə Bakı Şəhər Baş Polis İdarəsində dəvət edilib
-
23:12Namik Bakinskiy “proqon” yaydı, 11 nəfəri “samozvanets” elan elədi
-
02:50Vilayət Eyvazov Şeyxin bacısı oğlunu rəis təyin etdi
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
20 İyun 2022
15 İyun 2022
12 İyun 2022
27 May 2022
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
Digər xəbərlər
-
Manşet, Məhkəmə
MTN-də Rüstəm Usubovun həbsinə göstəriş verilibmiş... - ŞOK DETALLAR
-
Manşet, Məhkəmə
Sahib Ələkbərov Mövlam Şıxəliyevi ifşa etdi
-
Manşet, Məhkəmə
MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
Manşet, Məhkəmə
MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
Manşet, Məhkəmə
''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
Manşet, Məhkəmə
“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
Manşet, Məhkəmə
“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
Manşet, Məhkəmə
Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
Manşet, Məhkəmə
“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”