Vilayət Eyvazovun Baş İdarəni tapşırdığı gənc polkovnik 16 yaşında necə polis olub?

Vilayət Eyvazovun Baş İdarəni tapşırdığı gənc polkovnik 16 yaşında necə polis olub?
Загрузка...
Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəis vəzifəsi idarənin rəis müavini, polis polkovniki Samir Zeynalova tapşırılıb. Criminal.az xəbər verir ki, S.Zeynalov 1980-ci ildə anadan olub, 2000-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirib. O, 1996-cı ildən daxili işlər orqanlarında xidməti fəaliyyətə başlayıb və 2000-2005-ci illərdə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində, 2005-2006-cı illərdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili, 2006-2011-ci illərdə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, 2011-2015-ci illərdə isə şöbə rəisi vəzifələrində çalışıb.
2015-ci ilin yanvar ayının 21-də İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib. Daxili işlər orqanlarında fəaliyyətindəki uğurlu nəticələrinə görə dövlət mükafatına, DİN-in "Qüsursuz xidmətə görə” 3 və 2-ci dərəcəli medallarına, digər müxtəlif mükafatlara layiq görülüb.
 
Baş idarənin rəisi vəzifəsini icra edən S.Zeynalovun tərcümeyi-halında diqqət çəkən məqam onun 16 yaşında polis kimi daxili işlər orqanlarında fəaliyyətə başlamasıdır. Daxili işlər orqanlarında xidmətə könüllülük əsasında, şəxsi keyfiyyətlərinə, fiziki və peşə hazırlığına sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə bu orqanlarda xidmətə yararlı olan, habelə hərbi xidmət keçmiş və hərbi mükəlləfiyyəti (qadınlar istisna olmaqla) Azərbaycan Respublikasının dövlət dilini bilən, yaşı 20-dən aşağı və bir qayda olaraq yaşı 30-dan yuxarı olmayan Azərbaycan vətəndaşları qəbul olunurlar. S.Zeynalovun hansı keyfiyyətlərinə görə, qanunvericilikdə nəzərdə tutulan tələblərdəndən kənar polis sıralarında fəaliyyət başlaması sual yaradır.
Xatırladaq ki, bir neçə gün əvvəl İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Heydər Heydərov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.
Загрузка...
Загрузка...

Xəbər lenti